15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ KÜRDLƏRİ SATDI? –Ankaranın YPG-yə qarşı hərbi əməliyyatı Vaşinqtonla uzlaşdırılıb – TƏHLİL

24 Dekabr 2018, 01:15
Manşet
A A
ABŞ KÜRDLƏRİ SATDI? –Ankaranın YPG-yə qarşı hərbi əməliyyatı Vaşinqtonla uzlaşdırılıb – TƏHLİL

İvan Preobrajenski

rosbalt.ru, 20.12.2018

 

ABŞ-ın öz qoşunlarını Suriyadan gerçəkdən çıxaracağına şübhə edən təkcə Vladimir Putin deyil. Amma bu, həqiqətdirsə, onda hamıdan çox kürdlərin işi pis olacaq.

Amerika hərbçilərinin yerini türklər tuta bilərlər. ABŞ-ın öz qoşunlarını artıq Suriyadan çıxartdığı haqda Donald Trampın bəyanatını onun mətbuat katibi Sara Sanders təsdiqləyib. Onun sözlərinə görə, Trampın telemüraciətdə hesabat verdiyi İŞİD terrorçu qruplaşması üzərində qələbə bildirmir ki, “Suriya koalisiyası” öz varlığına son qoyur. Bu qərar nəyi ifadə edə bilər?

Birincisi, istisna deyil ki, Suriyadan qoşunların çıxarılması haqda sözlər gerçəklikdə heç nəyə dəyməz – bu, sadəcə, havanı səs-küylə silkələməkdir. Qeyd etmək gərəkdir ki, hər şeyə əsasən, Vladimir Putinin şəkkak reaksiyasına görə, hələlik Moskva da belə versiyaya meyllənir. ABŞ Əfqanıstandan artıq “dəfələrlə çıxıb”, amma qoşunları qabaqkı kimi oradadır, ancaq qeyd etmək gərəkdir ki, Tramp, nəhayət, Amerika qoşunlarının oradan çıxarılması haqda planı gerçəkləşdirməyi vəd edir.

Bundan başqa, Amerikanın artıq bir neçə nüfuzlu senatoru Trampın bu qərarına qarşı çıxış edib – onlar narazıdırlar ki, ABŞ Suriyanı Moskva və Tehranın ixtiyarına buraxır. Yeri gəlmişkən, Rusiya da artıq bildirib ki, Suriyadan çıxmağa başlayır. Amma kim dəqiq deyə bilər ki, bundan sonra orada Rusiya qoşunları yalnız çoxalmayıb?

Tutuşdura biləcəyimiz başqa bir örnək Suriya ilə qonşu İraqdır. ABŞ Səddam Hüseyn rejimini məhv edəndən sonra oradan, doğrudan da, gedib. Düzdür, belə də oranın tüstülənən xarabalıqlarında etibarlı nəsə qurmağa macal tapmayıb. Sonun necə olduğu hamının yadındadır. İraq, az qala, terrorçular üçün asan qənimətə çevrilmişdi. Yezidlərin kütləvi soyqırımı, köləlik, minlərlə öldürülən və nəhayət, İraq və Suriya ərazilərində təcavüzkar islamçı dövlət qurmaq cəhdləri – bütün bunlar amerikalıların gedişinin bəhrələridir. Əslində, Suriyaya da girmək lazım gəldi ki, İraqdan çıxmağın nəticələrini aradan qaldırsınlar.

Aydındır ki, əhatəli qoşun qrupunun ölkənin işlək dövlətin bərpa edilmədiyi ərazisinin bir hissəsindən gedişindən sonra qaçılmaz şəkildə hakimiyyət, güc və quruluş boşluğu meydana çıxır. Boşalan məkana labüdən kimsə gəlir. Ya da, variant kimi, İŞİD kimi yeni güc yaranır. Bax, ABŞ da Suriyadan doğrudan da gedərsə, öz arxasında boşluq buraxa bilməz. “Müqəddəs yer boş qalmır” – Suriya kürdlərinə qarşı yeni əməliyyat hazırlayan və hətta amerikalılarla razılaşdıran Türkiyə də artıq ilk sifarişini verib.

Bu xalq Suriya siyasətində ideal xırda pul olub. Güclü kürd muxtariyyəti, xüsusən də dövləti heç kimə gərək deyil. Rusiyanın müttəfiqi Suriya prezidenti Bəşər Əsəd daxil olmaqla hamı, bir də amerikalıların özləri də kürdlərlə ötəri ittifaqa girməyə hazırdır, amma heç kim onların maraqlarını ciddi qorumağa hazırlaşmır. Və budur, kürd silahlı birləşmələrinin fəal yardım etdiyi amerikalılar gedir, muxtariyyəti faktiki olaraq taleyin, daha doğrusu, Ankaranın ixtiyarına buraxırlar.

Hər şeyə əsasən, türklər bundan sonrakı hərəkətlərini Vaşinqtonla artıq uzlaşdırıblar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Trampın bəyanatından bir an sonra ABŞ dövlət katibi Maykl Pompeo ilə ABŞ qoşunlarının Suriyadan qarşıdakı çıxışını telefonda müzakirə edib. Özü də, informasiya agentliklərinin ayrıca dəqiqləşdirdiyi kimi, Türkiyə tərəfi ilə bu danışığın ayrıntıları prinsipcə elan edilməyib.

Türkiyə amerikalıları əvəz edə bilməsə, onda bunu nəzəriyyədə onların avropalı müttəfiqləri edə bilər. Düzdür, onların ilk qıcığından görünür ki, belə bir perspektivə sevinmirlər. Əvəzində Moskva açıqca ümid edir ki, Amerika nüfuzunun zəifləməsi Bəşər Əsədə loyal Suriya hökumətinin keçid qurumlarını sürətlə formalaşdırmağa, sonradan isə ölkə idarəçiliyinin bütün rıçaqlarını formal prezidentin əlinə tam qaytarmağa imkan verər.

İslamçı döyüşçülərin reaksiyası məlum deyil. Amma, yəqin ki, onlar da baş verənlərdə özləri üçün necəsə bir imkanlar pəncəsəri görürlər.  Ümumiyyətlə, amerikalıların gedişinə kürdlərdən savayı hamı sevinir. Çox güman ki, Suriyanın hərbsonarsı idarəçiliyi məsələsi Ankara, Moskva, Tehran və Avropa paytaxtları arasında onların hesabına da  həll olunacaq. Əlbəttə, amerikalıların Donald Trampın planını doğrudan da yerinə yetirəcəyi şərtilə.

Tərcümə Strateq.az-ındır.

 

Əvvəlki yazı

“20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki,…” – Astroloq 2019 proqnozunu açıqladı

Sonrakı yazı

ALİ MƏKTƏBLƏRƏ QƏBUL QAYDALARI DƏYİŞDİ –Yeni tələblər

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.