07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ KÜRD SİLAHLILARINA HAMİ AXTARIŞINDA –Vaşinqtonla Ankara arasında “bazarlıq dövrü” başlayır – TƏHLİL

15 Yanvar 2019, 02:12
Manşet
A A
ABŞ KÜRD SİLAHLILARINA HAMİ AXTARIŞINDA –Vaşinqtonla Ankara arasında “bazarlıq dövrü” başlayır – TƏHLİL

Mehmet Acet

“Yeni Şafak”, Türkiyə, 14 yanvar 2019-cu il

 

Bir həftə bundan öncə vəzifədə olarkən Suriya dosyesi ilə yaxından maraqlanan, mövzulara və hadisələrin inkişafına yaxından bələd olan, buna görə də proseslərin gedişatını yaxşı anlaya bilən, hazırda istefada olan bir komandanla söhbət edirdik.

Həmsöhbətim, “Bunlar “söz salatı” düzəltmək üçün bura gəlirlər. Əsas MKİ rəhbərliyindən XİN rəhbərliyinə gətirilən Pompeonun səfərinə diqqət etmək lazımdır” dedi.

Təqaüdçü komandan “bunlar” deyərkən, ötən həftə Ankaraya gələn ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonu və onun heyətini nəzərdə tuturdu.

Bolton, Cefri və Danfordun Ankarada öz həmkarları ilə keçirdikləri görüşlərin mahiyyətinə və pərdə arxasına baxdıqda, “söz salatı” bənzətməsinin önəmli ölçüdə yerinə düşdüyünü söyləyə bilərik.

Bolton və heyəti:

– “Ruslarla nə danışdığınız maraqlıdır” deyərək, ağız yoxlayıb, gələcəklə bağlı aydın bir baxış təqdim etmədən;

– “Öz aramızda belə görüş ayrılıqları var” deyərək, “Nə edəcəyimizi biz belə tam olaraq bilmirik” havası yayaraq;

– verilən suallara qeyri-müəyyən cavablar verərək gəldi və getdi.

O müzakirələrdən konkret olaraq sadəcə “Əlaqəli şəkildə irəliləmək” kimi, xülasə edə biləcəyimiz bir nəticə çıxdı.

 

Pompeonun “Ərəb gücü” axtarışları

 

İndi də istefada olan komandanın “Diqqəti ora vermək lazımdır” deyərək, diqqət cəlb etdiyi digər səfərə baxaq.

ABŞ Xarici işlər naziri Mayk Pompeo hələ bitirə bilmədiyi Səudiyyə Ərəbistanı, İordaniya, Misir, BƏƏ, Qətər, Oman və Küveyt (bura İraq da əlavə edilməli – tərc.) turuna davam edir.

Bir proqramla 8 ərəb ölkəsinə edilən bu ziyarətlərin, ikitərəfli əlaqələr bir yana, ortaq bir gündəliyi də olmalıdır. Elə deyilmi?

Bağlı qapılar arxasında nələrin danışıldığı barədə Ankarada keçirilən görüşlər qədər məlumat sahibi olmasaq da, Pompeonun Şimali Suriyanın gələcəyi üçün bir sıra axtarışlar içində olduğunu söyləmək elə də çətin deyil.

Bu məqamda ortaya iki sual çıxır.

Yoxsa, ABŞ hərbçilərinin geri çəkilməsindən sonra hələ də 1/3-i PKK/YPG terror təşkilatı tərəfindən faktiki nəzarət altında tutulan Suriya torpaqlarının müvafiq hissəsinin “Ortaq Ərəb Gücü”nə buraxılması düşünülür?

Yoxsa, PKK/YPG üçün yeni bir “hami” axtarılır və bu iş belə bir struktura həvalə ediləcək?

Bu 8 ölkənin hamısı olmasa da, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin bu aralar Türkiyənin itirməsinə səbəb olacaq hər bir layihəyə qaça-qaça dəstək verəcəyini proqnozlaşdırmaq mümkündür.

ABŞ hərbçilərini Suriyada saxlamaq üçün bu ölkələrin bəzilərinin öncədən kisənin ağzını açdıqlarını da bilirik.

Unutmayaq ki, ABŞ-ın hakimiyyət nümayəndələri baxımından, bu axtarışların mərkəzində “PKK/YPG-ni yeni bir mühafizə çətiri altına necə ala bilərik?” motivasiyası durur.

Ankaraya gələn nümayəndə heyəti üzvlərinin türk həmkarlarına “Yalnız, pis vəziyyətdə qoyub getdilər” deyilməsini istəmirik deyərək, qayğılanmalarının səbəbi də bu duyğudur.

 

Ankara necə razı salınacaq?

 

Təbii, Ankaranın YPG-yə qarşı qərarlı tutumunda bir sapma olmadığı da görülüncə, dövrəyə “orta yol” axtarışları girmiş kimi görünür.

Bunu Pompeonun, ərəb ölkələri turu davam edərkən, türk həmkarı Mövlud Çavuşoğluna zəng etməsindən və verdiyi bir sıra açıqlamaların sətir aralarından anlaya bilirik.

Pompeo açıqlamalarında bu “orta yol” tapma cəhdlərini büruzə verən bir cümlə qurur: “ABŞ-ın Türkiyəni terror təhdidlərindən qorumaqla bərabər, “Suriyalı kürdlər”i də qoruyacaq bir nəticə əldə edə biləcəyinə inanıram”.

“Bu “orta yol” nə ola bilər?” deyərək, özümüzə sual etdiyimiz təqdirdə, ağıla parlaq bir fikir gəlir: Türkiyəyə sərhəd bölgələrində qismən məkan açmaq , YPG-ni isə sərhəddən bir az aşağılarda yaradılması gözlənilən “Ortaq Ərəb Gücü”nün himayəsi altına almaq.

Pompeonun axtarışlarının, təxminən, belə bir hədəfə doğru irəliləməkdə olduğu anlaşılır.

Təbii, baş verən son hadisələrlə birlikdə sahədə və masada üstünlüyü artan Türkiyə razı salınmadan, edilən bu cəhdlərin davam etdirilməsi asan olmayacaq.

Prezident Ərdoğan “The New York Times” qəzetində nəşr edilən məqaləsində Türkiyənin planının nə olduğunu açıqca elan etmişdir.

O planın perspektivi daxilində Türkiyə torpaqlarının gələcəyini təhdid etməyə davam edəcək əli silahlı bir YPG mövcudluğu yoxdur.

Bu da o deməkdir ki, qarşıdakı günlərdə, həftələrdə Ankara ilə Vaşinqton arasında ciddi və çətin bir müzakirə – bazarlıq dövrü başlayacaq. Hətta başladı belə.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Azərbaycanda 1 vəkilin fəaliyyətinə xitam verildi –4 vəkilə isə xəbərdarlıq olundu

Sonrakı yazı

“Alışanov kimi yarıtmaz bir adamın AzTV-də rəhbər olması düzgün deyildi” – Qulu Məhərrəmli

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.