ABŞ koronavirusa yoluxanların sayına görə üçüncü yerə çıxıb.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Con Hopkins Universiteti yayıb. Məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 25,493 nəfərdir. ABŞ-ın bu siyahıda yalnız Çin və İtaliyadan geri qaldığı vurğulanıb.
Qeyd edək ki, Çində koronavirusa 81 min, İtaliyada 53 min nəfər yoluxub.