ABŞ Dövlət katibi:”İrana təzyiqi artırmağın vaxtı gəldi”

7 Noyabr 2019 - 23:50
89 oxunma

ABŞ Dövlət katibi Mayk Pompeo “Fordo”dakı nüvə obyektində işə başlanılması ilə əlaqədar İrana təzyiqləri gücləndirməyə çağırıb.

Bu barədə o, özünün “Tvitter” səhifəsində bildirib.

Dövlət katibi qeyd edib ki, Tehranın planları sürətlə nüvə sıçrayışına hazırlaşmaqdan xəbər verir və narahatlıq doğurur.

“Bütün ölkələrin nüvə şantajına son qoyulmasının və İrana təzyiqi artırmağın vaxtı gəldi”, – deyə Pompeo qeyd edib.

Noyabrın 6-da İranın “Fordo”dakı bir müəssisədə uran zənginləşdirməyə başlayıb. Həmin gün İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərin azaldılmasının dördüncü mərhələsinin başladığı açıqlanıb/Teleqraf.com.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"