02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-da seçki təxirə salınır? – Pərdəarxası

27 Mart 2020, 23:50
Dünya, Araşdırma
A A
ABŞ-da seçki təxirə salınır? – Pərdəarxası

Ərgün Dilər

“Takvim”, Türkiyə, 27 mart 2020-ci il

 

Koronavirus kral ailələrinə qədər sıçradımı? Bəli. Şahzadə Çarlz koronavirusa yoluxdumu? Yoluxdu.

Dünən “Çinli xidmətçilərdən yoluxma ilə bağlı açıqlama gələrsə, təəccüblənmərəm” deyərək, yazmışdım. Buna yaxın bir addım atıldı. Şahzadə Çarlzın virusa iş adamı olan yaxın bir dostundan yoluxduğu açıqlandı. İş adamı da Çindən yeni gəlibmiş.

Baxın, heç bir şey yazılıb cızıldığı kimi deyildir. Heç kim hazırda gedən savaş haqqında detallı danışa, yazı yaza bilmir. Bu, bilmədiyi üçün də, çəkindiyi üçün də ola bilər. Mən bilmirəm.

Prezident Trampın seçildikdən sonra Vaşinqtondakı andiçmə mərasimində, yəni, İncilə and içdiyi mərasimdə söylədiyi sözlərə yaxşı baxın. Savaşın bütün kodları orada vardır. Bu, açıq və aydındır. Sadəcə unudaraq yaşadığımız üçün anlamırıq, gözdən qaçırırıq.

Tramp, buralarda heç reaksiya verilməsə də, 8-10 dəfə maliyyə sistemini idarə edənləri hədəf aldığını açıqladı. Amma açıq və aydın deyil, kodlarla danışdı. Bilənlərin anlayacağı şəkildə açıqladı. İndi baş verən də budur.

Bir az dərinə enək, məsələni açaq. Gedən mübarizəni, döyüşü, savaşı anlayaq.

ABŞ-da hərbçilərin küçələrə çıxması nə üçün lazım idi? San Dieqo, Nyu-York, Texas, Vaşinqton, Mayami, Tampa Bey və Atlanta kimi bir çox şəhərdə hərbçilər küçələrə çıxdı. Bəli, hərbçilərin koronavirusun yayılması ilə bağlı mümkün talançılıq hadisələrinin qarşısının alınması üçün şəhərə yeridildiyi açıqlandı. Açıqlanan səbəb bu idi. Həqiqət isə budur ki, ABŞ yeni qapını, kimsənin əlinin dəymədiyi qapını açdı. Baxın, bütün məsələ də məhz bu qapı ilə bağlıdır.

“Dərin Amerika” Trampla birlikdə bu qapıdan içəri girdi. Nə olacağını zaman göstərəcək. Bu, inanılmaz bir dəhlizdə gedən savaşdır. Savaşın tərəflərindən biri böyük panika içərisindədir. Ölkənin ən böyük, ən zəngin şəxsləri ABŞ hərbçiləri tərəfindən həbs ediləcəyini düşünür. Zənginlər liqasında böyük bir xaos yaşanır.

ABŞ Prezidenti Trampın yaxın dostu Devid Pekerə söylədiyi “Yeni Amerika bir çox adamı məyus edəcək. Artıq heç bir şey əvvəlki kimi olmayacaq” sözlərini qeyd etdim. Lütfən, siz də qeyd edin.

Devid Pekerə görə, koronavirus infeksiyasının yayılmasından sonra bir çox iş adamı həbs ediləcək. Hazırda Ağ Evdə gücü, təsiri olan hansı iş adamı varsa, koronavirus infeksiyasının bitməsindən sonra olmayacaq. Bu iş adamlarının ABŞ Konstitusiyasını pozduğuna, federal hökumətə əmr verdiyinə görə həbs ediləcəkləri bildirilir.

Gəlin, məsələyə bir az da detallı baxaq. Məsələn, Larri Peyc ilə Çarlz və Devid Kox qardaşlarının harada olduğunu bilən yoxdur. Bu belə, dəhlizi sarsıdan bir iddiadır. Sadəcə onlar deyil, bir çox amerikalı zənginin müxtəlif bölgələrə getdiyi, ancaq bunu kimsənin bilmədiyi iddia edilir. Əslində, bilən bilir, elə hesab edirlər ki, bilinmir. Onların heç biri koronavirusdan qorunmaq üçün qaçmır, gizlənmir. Hər bir böyük zənginin MKİ-də əlaqələri vardır. Hər bir böyük iş adamı müvafiq kəşfiyyat qurumundan mühafizəçi alır. Dövlət həmin iş adamları ilə əlaqədar bir qərar aldığı zaman, bu iş adamları qarşı addım ata bilmələri üçün böyük miqdarda pullar ödəyirlər. Yəni, boş yerə hərəkət etmirlər.

Hətta Çarlz Koxun ölkəni tərk etdiyi zənn edilir. Pulunun önəmli bir hissəsini texnologiya şirkətlərinə yatıran Çarlz Koxun sirli bir şəkildə ortadan yox olması çox önəmli hesab edilməlidir. Çünki Kox qardaşları daima Ağ Evdə təsirli güc olmağı bacardılar. Bu, əlbəttə, ailənin gücü ilə də əlaqəli idi. İndi bu ailənin ən önəmli şəxsi olan Çarlz Koxun gizli bir yerə getməsi adi bir hadisə deyildir. Çox pulu olan hər bir amerikalı zəngin Çarlz Koxun atdığı bu addım haqqında danışır. Orada gündəlikdə olan məsələ budur. Çünki orda gedən savaş bitmədən kimsə rahat ola bilməyəcək. Dolların ana vətənində gedən savaşdan bəhs edirəm. Orada gedən savaşın tərəflərindən biri geri çəkilməyənədək bu dalğa, ya da koronavirus infeksiyası davam edəcək.

Həqiqətən, amerikan hərbçləri nə üçün küçələrə çıxdı? Ardınca heç gözlənilməyən bir addım atılacaqmı? Amerikalı zənginlərdə heç görmədiyimiz bir panika vardır. Bu panika pul itirmə qorxusu ilə bağlı deyildir. Bu, həyatlarının, həyat standartlarının əllərindən alınma qorxusu ilə bağlıdır.

Devid Peker Trampın dostudur. Elə hesab etməyin ki, ona günlərdir altını cızdığım “Milli ABŞ-la ailələr savaşır” tezisinə dəstək verdiyi üçün əhəmiyyət verirəm. Özü önəmli biri olduğu üçün dediklərini yazıram, paylaşıram. O, əsla və qətiyyən adi bir adam deyildir.

Trampın bu inanılmaz dövrənin, dairənin içində yer alması və yeni Amerikanın ilk lideri olması ehtimalı yüksəkdir. Heç də az deyil. Ancaq anketlərə görə, Co Baydenin dəstəyinin yüksəldiyi də bir həqiqətdir. Bax elə bu səbəblə, iş adamları Amerikan hərbçiləri tərəfindən həbs edilərsə, 2020-ci ilin prezident seçkiləri də keçirilməyəcək.

Koronavirusun Çinin icadı olduğunu kim söylədi? Tramp və respublikaçılar. İş adamlarının Çinlə əlaqəsini ortaya qoyduqları təqdirdə, Çinlə dost olan ailələrin dostu olan Co Baydenin yolunu açarlarmı? Heç sanmıram. Bu, güc balansının qorunmasıdır. Hadisələrə belə baxın. Çünki fövqəladə bir durumla qarşı-qarşıyıq.

Koronavirusun təsiri hər ötən gün daha da artır. ABŞ da bunu əsas göstərərək, iş adamlarına qarşı əməliyyat keçirərmi? Əlbəttə, bu, asan deyil, amma ehtimalı çox yüksəkdir. Amerikan hərbçilərinin küçələrə talançılıq hadisələrinin qarşısın almaq üçün çıxmadığını hər kəs bilir. Əgər hər bir evə əllə dollar təslim edilirsə, kim və nə üçün talançılıq edəcək?

Hazırda ABŞ-da 300 min amerikan hərbçisi küçələrdədir. Adama zarafat kimi gəlir, amma həqiqət budur. 300 min amerikan hərbçisi küçələrdə koronavirusumu qovalayacaq?

MKİ direktoru Gina Haspelin müavinlərilə birlikdə davamlı toplantı keçirməsi də adi bir hal deyildir. MKİ-nin də içində olacağı bu yeni durum bir az qarışıqdır. Bəlkə də MKİ iş adamlarına qarşı əməliyyat keçirəcək. Bəlkə də MKİ iş adamlarının yerini hərbçilərə söyləyəcək. Hər şey ola bilər.

Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus dünyanı dəyişdirir. Virusun təsirinin sadəcə ABŞ sərhədləri daxilində qalmayacağı da ortadadır. Bu, dollar və iqtisadi sistemlə bağlı savaşdır. Kimsə kənarda qala bilməz.

Öncəki gün FES-in, Trampa rəğmən, birjadakı şirkətlərə yardım etməsi sanki kasanı daşırdan son damla oldu. Baxaq, görək, nələr olacaq. Tramp bacardığı halda, hər şey yenidən yazılacaq. Bacara bilməzsə, bədəlini ödəyəcək.

2020-ci ilin başlanğıcından etibarən “Hər kəs risk altındadır” deyərək, onlarla yazı yazdım. Bəli, hər kəs, Tramp da, qarşısında duran ailələr də, şahzadələr də, başqaları da risk altındadır. Çünki gedən savaş böyükdür.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Ölkənin COVİD19 gündəmi: 147 yoluxan, 3500-ə yaxın isə…

Sonrakı yazı

İlham Əliyevin köməkçisi: AŞPA məruzəçiləri saxtakarlıqla məşğuldur

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.