04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abdin Fərzəliyevin də adının hallandığı 12 milyonluq fırıldaq məhkəmədə araşdırılır

26 Fevral 2018, 22:00
Seçmə
A A
Abdin Fərzəliyevin də adının hallandığı 12 milyonluq fırıldaq məhkəmədə araşdırılır

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə 177 nəfəri aldadanların və onların miyonlarla manat pulunu mənimsəyənlərin işi üzrə sensasion məhkəmə prosesi başlayıb. Müttəhimlər kürsüsündə dayananlar cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şıxəliyevdir. S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir. Dəyən zərərin məbləği isə 12 milyon manatdan çoxdur.

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 196 ünvanda gözdən əlillər üçün tikilən bina 2015-ci ilin dekabrın 24-də istifadəyə verilib, prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi də keçirilib. Və aralarında İcra Hakimiyyətinin məsul şəxsi olmaqla dələduzlara milyonlarla manat verib binadan mənzil gözləyənlərə məlum olub ki, dövlət hesabına tikilən binada mənzilləri satmaq və ya bağışlamaq olmaz. Özlərini “gözdən əlil” kimi tanıdıb ucuz mənzil əldə etmək naminə Gözdən Əlillər Cəmiyyətinə üzv olanlar isə yalnız bundan sonra aldadıldıqlarını başa düşüblər.

Virtualaz.org saytının redaksiyasına müraciət edən zərərçəkmişlər deyirlər ki, dələduz şəbəkəsinin əsas üzvləri Almaniyaya qaçıb. Onları aldadaraq pullarını mənimsəyən “makler” Məzahir Nəsirov da Almaniyadadır. Nəsirov cəmiyyət sədri və icra hakimiyyəti arasında vasitəçi olub, pulu da onun vasitəsilə veriblər. İnterpol tərəfindən axtarışa verilsə də, onun Almaniyadan gətirərək cinayət məsuliyyətinə cəlb olunması yubadılır.

“Məzahir mənə dedi ki, gözdən əlillər üçün tikilən binada aztəminatlı ailələr üçün mənzillər nəzərdə tutulub. Bunun üçün əlillərin yataqxanasında qeydiyyata düşmək və cəmiyyətə üzv yazılmaq lazımdır. 2012-ci ildə pul verib yataqxanada qeydiyyata düşdüm”, -zərərçəkmişlərdən Fariz Qəribov bildirib.

Zərərçəkənlərin şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. İttiham üzrə ifadə verən cəmiyyət sədri S.Abdullayev yalnız 18 nəfərin yataqxanada qeydiyyata götürüldüyünü təsdiqləyib. Digərlərinə verilən arayış isə saxta olub.

Zərərçəkənlər deyirlər ki, onlara Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmələri ilə bağlı sərəncam da verilib. Sərəncamı icra başçısı imzalayıb, məhz buna görə də Nəsirova inanıblar.

“Məzahir mənə dedi ki, bina hazır olandan sonra püşkatma keçiriləcək. Nərimanovda çoxları Məzahiri icra başçısı Abdin Fərzəliyevin adamı kimi tanıyırdı. Hətta ev almaq istəyən qohumlarına da kömək edəcəyini dedi. Sərəncamdan sonra inandım, 8 nəfər yaxın qohumunu da onunla görüşdürdüm. Ümumilikdə Nəsirova 270 min manat vermişik”, – F.Qəribov deyir.

Digər zərərçəkmiş Hicran Mehdiyeva da eyni üsulla aldadılıb. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Mehdiyevanın yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda ev növbəsinə götürülmə icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciəti şöbəsinə həvalə edilib. Hansı ki, həmin şöbəsinin əməkdaşı Yomətdin Şixəliyev hazıda dələduz kimi məhkəmə qarşısına çıxardılıb.

Şikayətçilərin sözlərinə görə, Məzahir Nəsirovun villası satılıb, 18 nəfərə 750.500 manat zərər ödəyib. Onlar icra başçısı Fərzəliyevin də məhkəməyə gətirilməsini tələb edirlər.

“Necə ola bilər ki, indiyədək Nəsirov Almaniyadan gətirilmir, onun haqqında saxlanılma qərarı var. Görünür Nəsirovu himayə edənlər var”, -zərərçəkmişlər söyləyiblər.

Təqsirləndirilən Səmyar Abdullayev və onun yaxın adamı kimi tanınan Hikmət Şükürova Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddəsi ilə ittiham irəli sürülüb, barələrində “polisin nəzarəti altında vermə” qətiimkan tədbiri seçilib. Cinayət işində göstərilir ki, cəmiyyət sədri Səmyar Abdullayevin 532 min 701 manat, cəmiyyətin əməkdaşı Hikmət Şükürov 6 milyon 518 min 383 manat, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şixəliyevin 6 milyon 520. 883 manat ziyan vurduğu təsdiqlənib. Işə Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılır. Bu gün fevralın 26-da iş üzrə hazırlıq iclası keçirilməsi gözlənilirdi.

Əvvəlki yazı

Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb

Sonrakı yazı

HƏBSDƏKİ BANKİRLƏ “DÖYÜŞÜN” PƏRDƏARXASI

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.