06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

83 yaşlı qocaman jurnalist deputatın bu oğluna görə 2 min manat cərimə ödədi – VİDEO

19 Noyabr 2019, 21:44
Seçmə
A A
83 yaşlı qocaman jurnalist deputatın bu oğluna görə 2 min manat cərimə ödədi – VİDEO

 

Deputat Elmira Axundova qocaman jurnalist Firuz Haşımovdan 2 min manat cərimə pulu alıb. Deputatın iddiasına səbəb Firuz Haşımovun onun oğlu Həbib Axundovun adı keçən məqalədə harın sözünü işlətməsidir. Həbib Axundovun həyat tərzi, onun adının böyük bir dələduzluq cinayətində əsas fiqurant kimi hallanması kontekstində yazılan məqalədə ümumilikdə harın ifadəsi işlədilib. Məhkəmə isə araşdırma aparmadan qocaman jurnalistin barəsində 2 min manat cərimələnməsi qərarı verib. Həmin qərarın icrası qocaman jurnalist üçün çox ağrılı olub. Onun 195 manatlıq təqaüdündən hər ay 100 manat tutulmaqla deputat Elmira Axundovanın oğluna ödənilib.

Maraqlıdır ki, Elmira Axundovanın, onun oğlu Həbib Axundovun barəsində mətbuatda xeyli materiallar dərc olunub. Həmin materiallarda Elmira Axundovanın ilginc səs yazıları da yer alır. B yazıularda göstərilir ki, onun əmlaklarının siyahısı isə o qədər genişdir ki, sadalamaqla bitmir. Oğlu Həbib Axundovun həyat tərzi ilə bağlı sosial şəbəkələrdə yayılan videolar, fotomaterialarda onun həyatının eyş-işrət içində keçməsi də diqqət çəkir. Çoxsaylı bahalı maşınlar, model xanım, yaxtalar, kef məclisləri Həbib Axundovun həyatının fironsayağı keçdiyinə dələlət edir. Qocaman jurnalistin yazdığı da budur. Belə bir halda onun məhkəməyə çəkilməsi, məhkəmədə araşdırma aparmadan 195 manatlıq təqaüdünün 100 manatının əlindən alınması qərarının çıxarılması çox ciddi suallar doğurur. Firuz Haşımov bu haqda danışmaq belə istəmir. Deyir ki, məmurlar prezidentin dediklərinə əməl etmirlər, məhkəmələr də həmin məmurların istədikləri qərarları verirlər: “Sovet dövrünün ən tirajlı qəzetlərində məqalələrim çap olunub. Hələ o dövrdə ən kəskin yazılar yazmışam. Buna görə sovet dövründə mənə söz deyən olmadı. Heç kəsi təhqir etməmişəm. Prezident deyir ki, vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Burda yalan var? Burada böhtan var? Məndən hər ay o pulu alanda çox ağır günlər yaşamışam. İşıq, qaz pulunu verməyə çətinlik çəkmişəm. 20 ay hər ay 100 manat təqaüdümdən tutdular. 3 dəfə infakt keçirmişəm, ayaqlarım tutulmaq üzrədir. Yoldaşımın maaşı olmasaydı, heç bilmirəm nə olardı. 20 ay dərman pulumu əlimdən aldılar. Bu işdən xəbəri olanlar gətirib qapıma konvertdə 15-20 manat qoyub gedirdilər. Çox ağır günlər keçirmişəm”.

Firuz Haşımov bundan artıq nəsə demək istəmir.

Prezident İlham Əliyev 6 il əvvəl çıxışında ölkədə qudurğanlıq edən övladlarına görə vəzifə sahiblərinə xitabən dediklərini KONKRET.az təqdim edir:

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək”.

Prezident İlham Əliyevin 6 il əvvəl söylədiyi bu fikirləri bəziləri sanki heç eşitməyib. Sanki adamlar prezidentin 2019-cu  ilin aprelində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından da xəbərsizdirlər.

Həmin Fərmanın 1 bəndini də xatırladırıq:

– Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Maraqlıdır ki, deputatın iddiası ilə qocaman jurnalisti harın sözünə görə 2 min manat cərimələyən hakim prezidentin məlum fərmanından xəbərdardırmı?

Cəmil MƏMMƏDLİ

Əvvəlki yazı

“Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir” – Prezident

Sonrakı yazı

Cəbhədə son durum

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.