Yaxşı bir məsəlimiz var – öz gözündəki tiri görmür, başqasında çöp axtarır. Bu dəfə iş elə gətirib ki, Sumqayıt “həzrətləri”, şəhərin cənabi rəhbəri Zakir Fərəcov öz gözündəki “tiri” çox tez gördüyünə görə işi ört-basdır elədi.
Reportyor.info yada salır ki, söhbət bir neçə gün qabaq Sumqayıtın icra başçısı Zakir Fərəcovun ağzına tibbi maska taxıb küçələrə çıxaraq, insanlarla profilaktik danışıq aparmasından, 65 yaşı keçənləri Operativ Qərargahın qadağalarına əmələ etməyə çağırmasından gedir.
Bu tədbir Z.Fərəcovun fəaliyyətini işıqlandıran bəzi saytlarda tirajlandı və dərhal da yığışdırıldı. Həmin KİV-lər də, Sumqayıt İH də peşman oldu.
Fakta diqqət edək: http://webcache.googleusercontent.com/search?q=cache:bGFRr3FYox8J:sumqayitxeber.com/zakir-ferecov-sakinleri-operativ-qerargahin-qerarlarina-riayet-etmeye-cagirdi/+&cd=1&hl=az&ct=clnk&gl=az
Bəs, sual doğur – niyə, nə səbəbə Z.Fərəcovun sakinlərə küçəyə çıxmamaq tövsiyələri barədə informasiya gizlədildi?
Çünki möhtərəm Zakir Fərəcov cənablarının fevralın 3-də 66 yaşı tamam olub. Bu halda əlavə şərhə ehtiyac qalmır – sizin küçədə nə işiniz varıydı, hörmətli icra başçısı? Axı bu qadağa elə sizə aiddir?! Elə ona görə tələm-tələsik xəbər saytlardan silindi…