• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Çərşənbə axşamı, 26 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

5 MİN TƏLƏBƏ TƏHSİLİNİ YARIMÇIQ QOYUB – Təhsil haqqları yenə bahalaşdırılıb

2018-07-21
in Cəmiyyət
0
5 MİN TƏLƏBƏ TƏHSİLİNİ YARIMÇIQ QOYUB – Təhsil haqqları yenə bahalaşdırılıb
0
Paylaşılıb
10
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

“Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən baha, Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır “

Bənzər Yazılar

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

Əfqan Sadıqovun vəziyyəti necədir? – Ombudsman aparatından açıqlama

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri – HESABAT

“Tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır”

Ötən günlərdə 2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub.

Belə ki, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.

İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il, 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.

Tibb ixtisası üzrə plan yerlərinin azaldılması təhsil haqlarına da təsir göstərib. IV ixtisas qrupunda bəzi fakültələr üzrə təhsil haqlarının bahalaşıb. Müalicə işi ixtisası üzrə illik təhsil haqqı 1500 manat bahalaşaraq 4500 manat olub (6 ildə 27 min manat). Stomatologiya, tibbi profilaktika və əczaçılıq ixtisasları üzrə illik təhsil haqqı isə 1000 manat bahalaşaraq, 4000 manat olub (6 ildə 24 min manat).

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tələbələrin sayının azalması qrupların və dərs saatlarının miqdarına təsir göstərməyib. Buna görə də universitet rəhbərliyi haqlı olaraq təhsil haqlarının artırılması təklifini verib: “Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar”.

tehsilhaqqi_1495703022

Təhsil eksperti təəssüflə qeyd edir ki, son 7 ildə 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub: “Bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar həmin o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır. Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400-3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqları dəyişir. Bu, dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir”.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri təhsil haqları ilə bağlı Nazirlər Kabinetinə müraciət edirlər. Əgər universitetlərin təhsil haqqı ilə bağlı müraciətləri əsaslıdırsa, Nazirlər Kabineti təsdiq edib Dövlət İmtahan Mərkəzinə göndərir(musavat.com).

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Millət vəkili Q.Paşayeva Masallıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət edib

Sonrakı yazı

Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır

Sonrakı yazı
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır

Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır

Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi…

Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi...

Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər

Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

2021-01-26
Xırdalandakı partlayışdan – Fotolar

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

2021-01-26
Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

2021-01-26
Əfqan Sadıqovun vəziyyəti necədir? – Ombudsman aparatından açıqlama

Əfqan Sadıqovun vəziyyəti necədir? – Ombudsman aparatından açıqlama

2021-01-26
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri

Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri

2021-01-26
“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı – Açıqlama

“Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı – Açıqlama

2021-01-25
Xırdalandakı partlayışdan – Fotolar

Xırdalandakı partlayışdan – Fotolar

2021-01-25
Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

2021-01-25
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri – HESABAT

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri – HESABAT

2021-01-25
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

2021-01-25
Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi (RƏSMİ)

Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi (RƏSMİ)

2021-01-25
Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

2021-01-25
Şəhid ailələri və qazilərlə bağlı sərəncam – Evlə təmin olunacaqlar

Şəhid ailələri və qazilərlə bağlı sərəncam – Evlə təmin olunacaqlar

2021-01-25
Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

2021-01-25
Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi – VİDEO

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi – VİDEO

2021-01-25
Daha iki erməni hərbçisinin meyiti tapıldı

Daha iki erməni hərbçisinin meyiti tapıldı

2021-01-25
Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

2021-01-25

Xırdalandakı partlayışdan – Fotolalar

2021-01-25
Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

Azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları: Gəmidə nə baş verib?

2021-01-25
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

2021-01-25

Seçmə

  • Bütün
  • SEÇMƏ
Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.
SEÇMƏ

Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

2021-01-25
Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video
Rəsmi

Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

2021-01-25
Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt
SEÇMƏ

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

2021-01-25
Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi
SEÇMƏ

Şirin Cəfəridən Əhməd İsmayılovun çağırışına dəstək gəldi

2021-01-23
Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO
SEÇMƏ

Bu hərbçilərimizə vaxtından əvvəl hərbi rütbələr verildi (VİDEO

2021-01-23
Vüqar Səfərli apellyasiya şikayəti verib
SEÇMƏ

Vüqar Səfərli apellyasiya şikayəti verib

2021-01-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

2021-01-26
Xırdalandakı partlayışdan – Fotolar

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

2021-01-26
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.