04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

40 milyardlıq layihə gerçəkləşdi – Cənub Qaz Dəhlizi açıldı

30 May 2018, 10:52
Cəmiyyət
A A
40 milyardlıq layihə gerçəkləşdi – Cənub Qaz Dəhlizi açıldı

Prezident İlham Əliyev: “Avropanın enerji xəritəsini  yenidən tərtib edirik”

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə çıxış edib. “Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı, bu gün biz ən zəngin ölkələrdən biri olardıq” deyən dövlət başçısı bildirib ki, sonrakı dövrdə Azərbaycan müstəqil olmadığı üçün xalq sərvətindən bəhrələnə bilməyib: “Sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda istehsal edilib. Bununla bağlı şəhərimizdə abidə də ucaldılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlində Azərbaycan dünyada neftin yarıdan çoxunu hasil edirdi.

Ancaq o zaman xalq səfalət içərisində yaşayırdı, sənaye inkişafından söhbət getmirdi. Sadəcə, Azərbaycan resurs mənbəyi idi. Azərbaycandan çıxan neft xalqımızın inkişafına xidmət etmirdi. Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi. Eyni zamanda Abşeron yarımadası ekoloji fəlakətlə üzləşmişdi. Biz bu gün bunu aradan qaldırırıq. Ancaq müstəqillik dövründə xalq öz resurslarından istifadə edə bilər. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini  yenidən tərtib edirik”.

Prezident deyib ki, açılışı gerçəkləşən Cənub Qaz Dəhlizinin icra edilməsinə  40 milyard dollar qoyulur: “Azərbaycanın təsdiq edilmiş qaz resursları 2,6 trilyon kubmetrdir. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Türkiyə  və Gürcüstan bu layihələri icra edərkən güclü regional əməkdaşlıq formatı yaradıb. Regional layihələrin icra edilməsində bu üç ölkənin əməkdaşlıq formatı böyük yer tutur. ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Bakı-Tiflis-Ceyhan və digər layihələrin həyata keçirilməsində bu dəstəyi görmüşük. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Bu gün də bu dəstəyi görürük”.

Prezident qeyd edib ki, Avropa İttifaqı daim enerji layihələrinə dəstək verib: “2015-ci ildən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir və Avropa İttifaqı bu iclaslarda yüksək səviyyədə iştirak edir. Mən bizə bu layihələrin həyata keçirilməsində dəstək verən beynəlxalq maliyyə korporasiyalarına də təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün borclarımızı vaxtlı-vaxtında qaytarmışıq və qaytaracağıq”.

Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: “Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür”.

Prezident qeyd edib ki, Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir: “Son 15 ildə Ümumi Daxili Məhsul 3 dəfə artıb. Azərbaycanda xarici dövlət borcu aşağı səviyyədədir, ÜDM-in 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur. Azərbaycan yoxsulluq, işsizlik 5 faiz səviyyəsindədir. Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkənin neft-qaz resursları bizdən dəfələrlə çoxdur, ancaq fərqli durumdadır”.

Açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri xanım Sandra Oudkirk çıxışda deyib ki, ölkəsi bu layihənin  reallaşmasına birmənalı dəstək verir: “Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək”.

Türkiyə səfiri Erkan Özoral Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirib. Müraciətdə qeyd olunur: “TANAP  tarixi layihədir, əməkdaşlığımız bu layihənin tamamlanmasında böyük rol oynayıb. İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram”

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson baş nazir xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxuyub. “Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib. BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan ”Əsrin müqaviləsi” tarixi dönüş oldu. Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Bu baxımdan aprelin 26-da prezident İlham Əliyevi Londonda görməkdən, Hasilatın Pay Bölgüsü üzrə 6-cı sazişin imzalanmasına şad olduq”, – deyə, müraciətdə bildirilir.

E.Nikolson deyib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi ilə bağlı atılmış mühüm addımdır: “BP və SOCAR növbəti saziş imzalayıb. Bu əməkdaşlıq ölkələrimizə daha böyük fayda gətirə bilər”.

BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons mərasimdə BP-nin Azərbaycanla əməkdaşlığından danışıb: “Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə ”Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi,  fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir”.

Tədbirdə həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış ediblər.

Daha sonra “Şahdəniz 2″ / Cənub Qaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olunub.

Sonda prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını edib.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Nazirlik müəssisəni cərimələdi

Sonrakı yazı

Avro ilə faiz qazanan məmur dindirildi – Arif Əsgərov 29 milyon borc ödəyib (Yeni təfərrüatlar)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.