3-cü sinif şagirdi ölkə başçısına müraciət ünvanladı

17 Aprel 2019 - 11:22
499 oxunma
Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı Əliyev Valeh Firdovsi oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. 3-cü sinif şagirdi müraciətində bildirir ki, atası Əliyev Firdovsi Valeh oğlu Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib. 9 yaşlı Əliyev Firdovsi Valeh oğlu müraciətində onu da qeyd edib ki, imkansızlığa görə dərsə gedə bilmirəm, işlə əlaqədar anam Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Vəliyev anama bildirib ki, imkanın yoxdur uşağın məktəbə getməsin. Analoq.az -ın mail ünvanına göndərilən həmin müraciəti olduğu kimi təqdim edir:

Hörmətli Cənab Prezident, Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, mənim atam Əliyev Firdovsi Valeh oğlu 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.

Atam cəzasını hazırda Penitensiar xidmətin 5 saylı Cəza Çəkmə Müəssisəsində çəkir.Hazırda anamla mən Göyçay rayonu Müskürlü kəndində yerləşən qazalı vəziyyətdə olan evdə qorxu, həyacan içində yaşayırıq.

Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır.Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik.
Anam heç bir yerdə işləmir.

3- cü sinifdə oxusam da imkansızlığa görə dərsə gedə bilmirəm.İşlə əlaqədar anam Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Vəliyev anama bildirib ki, imkanın yoxdur uşağın məktəbə getməsin.

Qohum -qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündüsə.Elə olur ki, günlərlə quru çörəyə belə möhtac qalırıq. Hətda belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bəlkədə Azərbaycan Respublikasında bizim kimi yoxsulluq həddində yaşayan ikinci bir ailə yoxdur.

Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr.Məndə istəyirəm ki, evimiz təmirli rahat olsun, normal qidalanaq, anam işlə təmin olunsun, məktəbə gedib dərsimi oxuyum.Qeyd edim ki, dərslərimi yaxşı oxuyuram.İmkansılığa görə elə olur ki, dərsə gedə bilmirəm.

Ümüdümüz Allaha, Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevayadır.

Hörmətli Prezident ! Hörmətli Mehriban xanım !

Sizdən xahiş edirəm bu müraciətimin yerində araşdırılmasına tapşırıq verəsiniz, qəzalı vəziyyətdə olan evimizin təmir edilməsinə və anamın işlə təmin olunmasına köməklik göstərəsiniz.

Anam Əliyeva Qənimət Valik qızının əlaqə telefonu; (051) 488-23-93

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"