13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

26 ildir kreslonu verməyən mədə niyyətli nazir: Qarayev getməsə…

11 May 2020, 10:41
Gündəm, Araşdırma
A A
26 ildir kreslonu verməyən mədə niyyətli nazir: Qarayev getməsə…

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayev sağ olsaydı, nəslinin reputasiyasına zərbə vuran qardaşı nəvəsi – mədəniyyət naziri Əbülfəs Qarayevə baş verənlərə görə kim bilir nələr deyərdi?!

Görəsən, ölkəmizin korifey sənətkarı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatına, nazir müavini və digər vəzifəlilərin saxlanmasına hansı reaksiyanı verərdi?!

Reportyor.info xəbər verir ki, Əbülfəs Qarayev həmişə hökumət kabinetində ən sakit, kübar, şəcərəsi olan bir ailənin nümayəndəsi kimi tanınıb.

İnsafən demək lazımdır ki, onun adı bu günə qədər bir o qədər ağır cinayət işlərində, böyük maxinasiyalarda, maliyyə xəyanətlərində keçməyib. Lakin yanılmışıq.

Demə, hamıdan çox vəzifə tutan Ə.Qarayev 26 ildir xımır-xımır dövlətin malını dədə payı kimi talayırmış. Bəli, səhv etmirik, Əbülfəs Qarayev düz 26 ildir nazir vəzifəsi tutur.

Hər zaman Artur Rasizadə, Ramil Usubov, Səfər Əbiyev və digərləri niyə vəzifəsindən azad edilmir deyə ictimai qınaq olanda Ə.Qarayev cəmiyyətin diqqətindən kənarda qalmağı bacaraq yuxarıda adıçəkilən sabiq nazirlərin hər birindən çox vəzifədədir.

Məsələn, keçmiş daxili işlər naziri Ramil Usubov 25, sabiq baş nazir Artur Rasizadə 22 il, eks müdafiə naziri Səfər Əbiyev 18 il vəzifədə olub.

Uzun müddət nazir olan bir neçə nəfəri də əlavə etmək olar: Səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, keçmiş nazirlərdən – Ziya Məmmədov, Fazil Məmmədov, Misir Mərdanov və s. ilaxır…

Fəqət onların heç birinə Əbülfəs Qarayev qədər nazirlik kreslosu nəsib olmayıb. Əbülfəs Qarayev 1994-cü ildən 2001-dək gənclər və idman naziri olub. 2001-dən 2006-dək gənclər, idman və turizm naziri işləyib.

Bir gün də nazir kreslosunu boş buraxmayan Ə.Qarayev həmin tarixdən 2018-dək isə mədəniyyət və turizm naziri işləyib.

Nəhayət, 2018-ci ildən bəri indiyədək mədəniyyət naziridir. Üst-üstə Ə.Qarayev hamıdan çox – düz 26 ildir ki, nazir işləyir.

Və 26-cı ilin tən ortasında DTX MN-də əməliyyat keçirir: nazir müavini, idarə rəisi, mətbuat katibi saxlanılırlar.

İlkin araşdırmalardan belə məlum olur ki, bu “muşketyorlar” nazirliyin büdcəsini dədə malı kimi mənimsəyib, altından girib, üstündən çıxıblar.

Mədəniyyət Nazirliyi deyib keçməyin, burda yeyilən, yeyilə biləcək pulların sayı-hesabı yoxdur. Büdcədən bu nazirliyə o qədər pullar ayrılıb ki…

Tutulan məmurlar da o pullarla o qədər “mədəni oğurluq” ediblər ki, adam buna deməyə mədəni söz belə tapa bilmir.

Sadəcə, bu qədər korrupsiya və çirkabın içində hələ də Ə.Qarayevin istefa verməməsi utancverici haldır. Çox güman ki, prezident özü onu vəzifəsindən azad edəcək. Lakin mədəniyyət naziri özü bir istefa mədəniyyəti nümayiş etdirərək ərizə yazıb postunu təhvil verməliydi.

Onsuz da bu həbslərə görə istintaqa cəlb olunacaq, nazir özü sorğu-sual ediləcək. Axı müavini Rafiq Bayramovun nazirin xəbəri olmadan mənimsəmələrə yol verməsinə uşaq da inanmaz.

Ona görə də nazir tezliklə məsuliyyətə cəlb oluna bilər. Heç bir maliyyə maxinasiyası onun xəbəri olmadan həyata keçirilə bilməzdi.

Fikirləşin, gözəl Bakının arxitektural binaları niyə Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılaraq sökülür? Sökülməsi bir tərəfə, niyə dərhal onların yerində çoxmərtəbəli binalar tikilir?

Səbəb Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov olmasın?

Şəhərə gözəllik verən binalar guya təmirsizlik, faydasızlıq arqumentləri ilə niyə göyə buxarlanırmış, indi bildinizmi? Bu cənabların bank hesabları qabarsın, pul qabları şişsin, xaricdəki mal-mülklərinin sayı artsın deyə.

Nazirin müavin Rafiq Bayramov isə büdcə vəsaitlərini talayıb, mədəniyyət şöbələrinə rəhbərləri rüşvət alıb təyin edib.

Yenə də bizə elə gələ bilər ki, mədəniyyət şöbəsi rəhbəri olmaq üçün müğənnilər, ya da digərləri niyə rüşvət vermək istəsin ki? İstəyirmiş, sən demə.

Reportyor.info xəbər verir ki, Əbülfəs Qarayev Fuad Poladovları, Rasim Balayevləri, Afaq Bəşirqızıları sevmir.

Onun ürəyindən keçənləri Zeynəb Xanlarova demişdi – inkişafdan danışın, tənqid, problem eşitməyək! Bu da nəticəsi.

Vaxtilə mərhum F.Poladov haqlı olaraq bildirmişdi ki, Azərbaycanda Mədəniyyət Nazirliyi yoxdur, Turizm Nazirliyi var.

Və bu ağır həqiqətin növbəti təsdiqinə son fəxri adların verilməsində şahid olduq. Nazir Əbülfəs Qarayev dövlət rəhbərliyinin masasına hazırlayıb göndərdiyi siyahıya ya baş-ayaq baxıb, ya da onun üçün mədəniyyət adamlarının meyarı başqa maraqlardan irəli gəlir.

Bir neçə il qabaq adları ixtisara salınan müğənnilər Prezident Administrasiyasına göndərilən siyahının sifarişlə, rüşvətlə hazırlandığını, ayrı-seçkilik edildiyini, Mədəniyyət Və Turizm Nazirliyinin hər zaman tapşırıqla yüksək vəzifəli şəxslərlə əlaqələri olan xanım müğənniləri irəli çəkdiyini, kişi müğənnilərdən isə bunun üçün haqq alındığını, fəxri adların əksər xanım müğənnilərə sənətlərinə görə yox, kimlərinsə xoşlarına gəldiklərinə görə verildiyini yazmışdılar.

Faktiki olaraq prezident tərəfindən mükafat kimi təqdim olunan fəxri adlar bir sıra məmurlar üçün alver mənbəyinə çevrilibmiş, bir çox yüksək vəzifəlilər isə bəzi xanım müğənnilərin “saqqızını” belə ad hədiyyələri ilə oğurlayırmışlar. Bütün bunlar da DTX tərəfindən araşdırılmalıdır.

Və bütün bu mədəni böhranın, təlatümlərin və depressiv vəziyyətin içində sonuncu işıqlı adamlardan olan Fəxrəddin Manafovu da küsdürüb teatrdan gedişinə yol açdılar.

Manafov son məktubunda nəzakətlə mədəniyyət ocağı olan teatrda mədəniyyətsizliyin ən dəhşətli cümləsini yazmışdı: “Qışqırmasan olmurdu…”

O mənzərəni təsəvvür edəndə 10-20 il sonra Azərbaycan teatr-film sənətinin hansı dövrü yaşayacağını təxmin edirsən.

Etdikcə də, yalnız mədə niyyəti olan Əbülfəs Qarayevin ünvanına ən xoş “arzularını” çatdırırsan.

26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir. Hələ ki, hüquqi yox, mənəvi məsuliyyətidir.

Odur ki, DTX əməliyyatı nazirin gedişini şərtləndirir və qaçılmaz edir. Sadəcə, Qara Qarayev nəslinin nümayəndəsinin 26 illik nazir fəaliyyətinin üstündən özü bir xətt çəkdi və sonluq çox pis oldu…

REPORTYOR.info

 

 

 

 

 

Əvvəlki yazı

İran öz gəmisini vurdu, 40 nəfər öldü

Sonrakı yazı

Bakıda I sinfə qəbulla bağlı rəsmi məlumat

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.