25 yaşlı rus gözəli 49 yaşlı müsəlman krala ərə getdi – FOTO

27 Noyabr 2018 - 14:22
73 oxunma

49 yaşlı Malayziya kralı V Məhəmməd 25 yaşlı rusiyalı model, “Miss Moskva 2015” müsabiqəsinin qalibi Oksana Voyvodina ilə ailə qurub.

Reportyor.info  Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyu “Barvikha Concert Hall”da baş tutub. Sosial şəbəkədə bəylə gəlinin nadir fotoları yayılıb. Gəlin ağ paltar geyinsə də, Malayziya kralı ənənəvi kostyumda olub. Toy mərasimində spirtli içki verilməyib, qonaqlara halal hazırlanmış yeməklər təqdim edilib.

Malayziyanın “Rakyatku News” portalının məlumatına görə, Oksana yarım il əvvəl islamı qəbul edib və Rixana müsəlman adını götürüb. Bəzi məlumatlara görə, toydan sonra o, kral titulunu daşıya bilməz, çünki bu tutulu yalnız əslən malayziyalı olanlar daşıya bilər.

Qeyd edək ki, V Məhəmməd əvvəllər kral ailəsinin təmsilçisi ilə evli olub, ancaq 2008-ci ildə boşanıb.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"