2023-cü ilin prezident seçkilərində Ərdoğanı məğlub edə biləcək namizəd:ƏKRƏM İMAMOĞLU YENİ MİLLİ LİDERƏ ÇEVRİLİR

8 Aprel 2019 - 10:15
131 oxunma

Ömər Şərif

“Gulf News” (BƏƏ), 05.04.2019

Bütün səviyyələrdə 16 ildən çox davam edən seçki zəfərlərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhərlərdə etirazlara şahid olub. Demə, böyük şəhərlərdə yaşayan türklər ölkədəki iqtisadi vəziyyəti qarışıq sayırlar.

Hakim AK Partiyanın paytaxt Ankaradakı yerli (bələdiyyə) seçkilərində məğlubiyyəti ilə yaranmış həyəcan Ankarada kamalist müxalifət partiyası CHP-nin az tanınan namizədinin yarışın başlıca mükafatı – İstanbulu udmasından sonra şoka çevrilib.

AKP-nin etirazlarını nəzərə alaraq meqaşəhərdə bülletenlərin yenidən sayılması prosesi aparılır və rəsmi nəticələr, güman ki, yaxın günlərdə elan ediləcək; deyəsən, Əkrəm İmamoğlu AKP-nin “ağır çəkili” fiquru və sabiq baş nazir Binəli Yıldırıma qarşı sürpriz bir zəfər qazanıb.

Beləliklə, Türkiyə və beynəlxalq anti-Ərdoğana düşərgəsinin İmamoğlu heyranlığı və ümidi buna gətirib çıxarıb ki, indi o, 2023-cü ilin prezident seçkilərində Ərdoğanı məğlub edə biləcək və devirəcək namizəd kimi görünür.

Ərdoğanın siyasi müvəffəqiyyəti Türkiyədə illər boyu davam etmiş iqtisadi böyüməyə bağlı idi, amma inflyasiya və işsizlik səviyyəsinin artmasına səbəb olan iqtisadi tənəzzül və lirənin məzənnə dəyəri itirməsi onun populyarlığını aşağı endirib.

Yerli seçkilərin yaratdığı qeyri-müəyyənlik ötən həftə kəskin şəkildə zəifləmiş lirəyə təzyiqləri artırıb. Çünki türklər arasında valyutaya olan inamsızlıq onların dollar və qızıl ehtiyatlarını rekord həcmdə azaldıb.

Seçki cəbhəsində İmamoğlunun barışdırıcı yanaşması ona çox sayda pərəstişkar qazandırıb. Aprelin 1-də hər iki namizəd zəfərini elan etdikdən sonra o, təxribatdan uzaqlaşmağa çalışıb.

O elə həmin gün qələbəsini elan edərək, açıq, barışdırıcı mövqe tutub. İmamoğlunun tərəfdarları onu problemləri müzakirə etmək üçün ümumi masaya sahibi olmağı sevən kompromisçi adam kimi görürlər. CHP namizədinin kampaniya şüarı onun praqmatizmini bəyan edir: “İmamoğlu varsa, həll var”.

Kampaniya zamanı qarşıdurmaların ona qarşı olduğunu başa düşərək, deyib: “Media, xüsusilə də dövlət televiziyası ədalətli olmaqdan uzaqdır… amma bizim də ən azı əl dəyilməmiş sahə olan sosial mediamız var. Hazırda bu sahədə ən böyük silahım min illik ağızdan-ağıza ünsiyyət üsuludur”.

İmamoğlu 1970-ci ildə Türkiyənin şimal-şərqində, Qara dəniz sahilindəki Trabzon şəhərində anadan olub. O, İstanbul Universitetinin biznes idarəçiliyi fakültəsində təhsil alıb və sonradan idarəetmə üzrə magistr dərəcəsi alıb.

On il bundan öncə yerli siyasətə daxil olmazdan əvvəl ailə firmasında işləyib. 2014-cü ildə İstanbuln Beylikdüzü məhəlləsinin bələdiyyə başçısı seçilib.

Ərdoğanla ümumi maraqları var – futbol. Türk lider gəncliyinə yarıpeşəkar oyunçu olub.

İmamoğlu da həvəskar futbolçudur və yerli “Trabzonspor” komandasında hələ də rəhbər vəzifədədir.

Analitiklər İmamoğlunun orta səviyyəli İstanbul rayonunun səlahiyyətlisi kimi yaxşı tanındığını və seçiciləri qütbləşdirməyən qeyri-ideoloji yanaşmalardan yararlandığına inanırlar.

İstanbulun bələdiyyə başçısı olaraq yaxşı fəaliyyət göstərsə, CHP, güman ki, Türkiyənin ən böyük şəhərində və ölkədə seçici bazasını genişləndirə bilər, İmamoğlu isə milli bir fiqur olaraq ortaya çıxacaq.

Seçki gecəsindən tutuş Bazar ertəsinin erkən saatlarına qədər İmamoğlu nəticələri müzakirə etmək üçün media brifinqində marafonu əlindən buraxmayıb.

Ölkə daxilində AKP hələ də ən çox sayda səs yığan partiyadır – 44 faizdən çox. Müxalifət 30 faizdən çox səslə kifayətlənib. Ancaq Ankara, İzmir, Antalya, Adana kimi böyük şəhərlərdəki zəfərinə müxalifət ölkənin tacı olan İstanbulu da əlavə edib.

Bu şəhərlərdə müxalifətin bütün namizədlərinin ümumi bir cəhəti var: onlar həmin şəhərlərin rayonlarında bələdiyyə başçıları olub və vəzifələrini yaxşı icra ediblər.

Dünyəvi, kamalist Türkiyə müxalifəti tez-tez ölkənin artıq elitist olduğunu və hakimiyyətin insanların gündəlik reallıqlarından uzaq düşdüyünü iddia edir.

Ancaq yüksək akkorda keçmiş İmamoğlu respublikada ən yüksək səviyyəli liderlik üçün ciddi bir namizəd kimi tapıntı ola bilər.

İmamoğlunun bir gün Türkiyənin liderliyinə həvəslənəcəyini göstərən əlamətlər var. Böyük şəhərlərdəki nəticələrin Ərdoğan və AKP-nin sonunun başlanğıcı olub-olmadığını soruşduqda, o deyib: “Hər şey bir gün sona çatır. Partiyalar, hökumətlər, həyatın özü. Ərdoğan 17 illik hakimiyyətini tamamlayır. Problemlər və xoşuna gəlməyən şeylər var, amma siyasət uğurdur. Əlbəttə, bir gün onun da sonu gəlib çatır”.

Tərcümə: Strateq.az

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"