12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

20 yaşlı “Tender Canavarı” rəqib tanımır – “Sinam”ı kim himayə edir? (FOTO)

22 Yanvar 2021, 18:26
Araşdırma
A A
20 yaşlı “Tender Canavarı” rəqib tanımır – “Sinam”ı kim himayə edir? (FOTO)

Gəncə Dövlət Universiteti bu gün “Sinam” MMC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, 47 min 613 manat məbləğində olan müqaviləyə əsasən universitetin insan resursları, maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatı (SERP) qurulacaq.
ƏTRAFLI
Optimal Sərfəlidir

Qeyd edək ki, şirkət dünən, yəni 21 yanvarda “Aqroservis” ASC ilə 99390.22 AZN məbləğində elektron avadanlıqların satınalınması müqaləsi imzalayıb.

Qaynarinfo-nun araşdırmaları zamanı məlum olub ki, “Sinam” MMC təkcə 13.03.2019 tarixindən indiyə kimi 85 satınalma müqaviləsi bağlayıb. 20 yaşlı şirkətlə ən böyük müqaviləni isə Azərbaycan Mərkəzi Bankı imzalayıb. AMB istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsinə görə bu İT şirkətinə 849,9 min manatlıq vəsait ödəyib.

“Sinam” sanki bazarda İT sahəsi üzrə bu dövlət qurumlarının ən çox etibar etdiyi MMC kimi görünür.

MMC ilə bağlı yayılan məlumatlara görə, Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa “Kür” markalı kompüterlərin istehsalçısıdır. “Sinam”ın mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırki rəhbəri Elçin Əliyevdir.

MMC-nin dövlət satınalmalarında “rəqibsiz” olması ilə bağlı şikayətlər də var. Məsələn, “Neuron Technologies” MMC-nin prezidenti İsmayıl Ələkbərov mediaya verdiyi açıqlamaların birində “Sinam”ı korrupsiyada ittiham etmişdi:

“Azərbaycanda SERP proqram təminatına illik texniki dəstək adı altında korrupsiya oyunları davam edir. Dövlət qurumları bu xidmətlər üçün satınalmalar həyata keçirir. Bu satınalmalarda ancaq “Sinam” şirkəti udur. Sual edirəm: bu şirkətdən başqa İT şirkəti yoxdurmu ölkədə?”

Sahibkar iddia etmişdi ki, SERP adlandırılan proqram təminatı (PT) dövlət sifarişi əsasında neçə illər bundan əvvəl “Sinam” şirkəti tərəfindən hazırlanıb və Maliyyə Nazirliyinə təhvil verilib: “Bu sistem keçib dövlətin balansına. Sistem Azərbaycan dövlətinin qeyri-maddi aktivi olduğundan, onun mənbə kodları da dövlətə təhvil verilməli idi. Lakin “Sinam” qanunsuz olaraq bu PT-nın kodlarını özündə saxlayır. PT Maliyyə Nazirliyinin data mərkəzində quraşdırılıb və büdcə və digər dövlət təşkilatlarının mühasibatlıqları üçün əlçatandır”.

“Neuron Technologies”in rəhbəri dəfələrlə dövlət və hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin dövlət satınalması adı altında korrupsiyanın qarşısının alınması üçün heç bir tədbir görülmədiyini bildirmişdi.

İsmayıl Ələkbərov öz şirkətinin nümunəsində də korrupsiya sövdələşməsinin detalarını açıqlamışdı: “Əslində büdcə təşkilatlarının keçirdiyi SERP kotirovkalarında ixtisas göstəriciləri uyğun gələn istənilən İT şirkəti iştirak edə bilər. Kotirovkada qalib olacağı təqdirdə, həmin büdcə təşkilatı müraciət edib Maliyyə Nazirliyindən mənbə kodlarını alıb, konfidensiallıq sazişi əsasında həmin qalib şirkətə ötürməlidir. Ancaq “Sinam” buna imkan vermir. Kodları qeyri-qanuni olaraq özündə saxlayıb. Rəhbərlik etdiyim “Neuron Technologies” şirkəti ötən illərdə bir neçə dəfə SERP kotirovkalarında qalib olsa da, dövlət təşkilatları kodları Maliyyə Nazirliyindən alıb bizə təqdim edə bilmədiyindən, həmin kotirovkalar ləğv olunurdu”.

Orxan Əhmədli

Əvvəlki yazı

Prezident yeni qurum yaratdı (FƏRMAN)

Sonrakı yazı

Masallıda xəstəxanada əməliyyat keçirildi – Baş həkim saxlanıldı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.