• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Çərşənbə, 24 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Banner

180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…

2019-01-27
in Banner, SEÇMƏ
0
180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…
1.2k
Paylaşılıb
15
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Hər kəsə bəllidir ki, Azərbaycanda yüksək vəzifə bir çox fəzilətlərlə yanaşı, bahalı mebelli böyük kabinet və par-par yanan xidməti avtomobil deməkdir. Təbii ki, bütün bunlar vəzifəyə təyin olunan məmurun cibi yox, dövlətin vəsaiti hesabına təmin olunur. Ona görə də, bir çox hallarda bu və ya digər qurumun idarəetmə və təsərrüfat xərcləri özünü fantastik rəqəmlərdə ifadə edir, bəzən də korrupsiya araşdırması predmetinə çevrilir.

Bənzər Yazılar

“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video

Bugünlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün az qala heç bir məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi Üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC-yə 140 min manat (!) qiyməti olan 1 ədəd “Toyota Land Kruiser” avtomobili alınıb.

Bir soruşan varmı ki, bu qurumlar ölkəyə hansı məbləğdə xeyir veriblər ki, onlara bu bahalıqda maşınlar alınır? Lap tutaq ki, bu təşkilatlar hansısa ciddi əhəmiyyətə malikdirlər. Hətta bu halda da, daha ucuz marka və modellərdə minik avtopmobilləri almaq olmazdımı? Böyük ehtimalla həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı…

bmv

Təəssüf ki, bu israfçılıq və dəbdəbə yarışına qoşulanlar sırasında Azərbaycanın Qarbağ və Qərbi Azərbaycan kimi böyük dərdlərinin əsəri olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də var. Komitəyə ötən il 179 min 444 manatqiymətində bir ədəd “BMW 740 Lİ” markalı xidməti avtomobil alınıb. Əslində, bu faktı şərh etməyin özü utancvericidir. Çünki modelindən və qiymətindən bəlli olur ki, bu lüks avtomobil böyük ehtimalla komitənin sədri üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən il “Qaçqınkom”un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərlik edən Əli Həsənov isə bu komitədə yaratdığı korrupsiya bataqlığı və nəvəsinin təxminən 200 min civarında qiyməti olan maşını ilə şəhərin mərkəzində qaçhaqov oynayanda törətdiyi ağır qəza ilə yadda qaldı. Və hamı da bu maşının alışında “qaçqın pullarının” payı ilə maraqlandı…

sedr

Əli Həsənovun əvəzinə sədr postuna gətirilən Rövşən Rzayev isə daha çox islahatçı komandanın nümayəndəsi kimi tanınır. Ancaq bu bahalı lüks avtomobildən istifadə edilməsi onun “islahatçı” imicini kölgə altına almış olmurmu? Axı islahat və israfçılıqsözləri zahirən bir-birinə oxşasalar da, mahiyyətcə tamamilə fərqli və bir yerə sığmayan anlayışlardır. Xüsusilə də “Qaçqınkom” kimi missiyası bəlli bir qurumda dəbdəbə, komfort və lüks anlayışları öndə gələ bilərmi?

Görəsən, hələ də bir xeyli hissəsi antisanitariyanın tüğyan etdiyi, adi məişət şəraitinin olmadığı yataqxanalarda ağır sosial vəziyyətdə yaşayan insanlarla işləyən bir qurumun rəhbəri az qala 200 min manat qiyməti olan maşına oturmağı özünə necə rəva bilir?Bu avtomobili uzaqdan görən qaçqının ağlına gələn birinci söz “toxun acdan nə xəbəri” deyilmi? Görəsən, ümumiyyətlə “od qiymətinə” olan bu lüks maşının pəncərəsindən əyin-başı və daxmasındakı “var-dövləti” heç onun bir təkərinin qiyməti qədər olmayan qaçqın, həmin qaçqının dərd-səri necə görünür? Axı 180 minlik “BMW” “Qaçqınkom”un nəyinə, harasına yaraşır?

Bir sözlə, hamı bilir və “Qaçqınkom”a rəhbərlik edənlər də bilməmiş deyillər ki, bu qurum kefdən yox, əlacsızlıqdan yaradılıb – el-obasından, ev-eşiyindən didərgin düşənlərin dərdinə az da olsa əlac etmək üçün, kimlərəsə lüks həyat tərzi təmin etmək üçün yox…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Paylaş1199TweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

BAKI MƏHKƏMƏSİNDƏ HAKİMİN İLDIRIMSÜRƏTLİ QƏRARI – 12 milyon avroluq işə cəmi 4 dəqiqə?

Sonrakı yazı

Məhəmmədəli Qəribli "reket jurnalist"in ipini buraxmadı - GÖYGÖLDƏ MƏHKƏMƏ

Sonrakı yazı
Məhəmmədəli Qəribli “reket jurnalist”in ipini buraxmadı – GÖYGÖLDƏ MƏHKƏMƏ

Məhəmmədəli Qəribli "reket jurnalist"in ipini buraxmadı - GÖYGÖLDƏ MƏHKƏMƏ

Ermənistanda açılıq aksiyası keçirən partiya sədri həbsxanada öldü –ATƏT PA-nın vitse-prezidentindən sərt etiraz

Ermənistanda açılıq aksiyası keçirən partiya sədri həbsxanada öldü –ATƏT PA-nın vitse-prezidentindən sərt etiraz

Ərdoğandan PKK-ya xəbərdarlıq:”Əgər yanlışlığa yol verərlərsə, yenə oradayıq”

Ərdoğandan PKK-ya xəbərdarlıq:"Əgər yanlışlığa yol verərlərsə, yenə oradayıq”

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

2021-02-24
Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

2021-02-24
“Müharibənin 3-cü günü Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim – Paşinyan qadağan etdi…” – Şok açıqlama

“Müharibənin 3-cü günü Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim – Paşinyan qadağan etdi…” – Şok açıqlama

2021-02-24
Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

2021-02-24
Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

2021-02-24
Pərvinin qarda şəkli cəzb etdi – Foto

Pərvinin qarda şəkli cəzb etdi – Foto

2021-02-24
“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

2021-02-24
Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

2021-02-24
“Azərişıq” xalqın işığını kəsir – Şikayət

“Azərişıq” xalqın işığını kəsir – Şikayət

2021-02-24
Bakıda 6 dərəcə şaxta var – FAKTİKİ

Bakıda 6 dərəcə şaxta var – FAKTİKİ

2021-02-24
Gecə və səhər yollar buz bağlayacaq – PROQNOZ

Gecə və səhər yollar buz bağlayacaq – PROQNOZ

2021-02-24
Abşeron icra başçısının bacısı oğlu həbs edildi

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
“Xocalıya ədalət” üçün petisiya yayıldı

“Xocalıya ədalət” üçün petisiya yayıldı

2021-02-24
Vətən müharibəsi qazisi azadlığa çıxdı

Vətən müharibəsi qazisi azadlığa çıxdı

2021-02-24
Cəbrayılda xeyli silah-sursat aşkar edildi

Cəbrayılda xeyli silah-sursat aşkar edildi

2021-02-24
BNA: “Bəzi ərazilərdə avtobuslar tam hərəkət edə bilmir”

BNA: “Bəzi ərazilərdə avtobuslar tam hərəkət edə bilmir”

2021-02-24
Ermənistanda magistral yollar bağlandı

Ermənistanda magistral yollar bağlandı

2021-02-24
Bakıda 12 nəfər yıxılaraq xəsarətlər alıb

Bakıda 12 nəfər yıxılaraq xəsarətlər alıb

2021-02-24
AAYDA gücləndirilmiş iş rejiminə keçdi

AAYDA gücləndirilmiş iş rejiminə keçdi

2021-02-24
Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…

Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…

2021-02-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Abşeron icra başçısının bacısı oğlu həbs edildi
Kriminal

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video
SEÇMƏ

Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video

2021-02-23
Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar
Kriminal

Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar

2021-02-23
Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar
Cəmiyyət

Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar

2021-02-23
Daha bir Vətən Müharibəsi qazimiz intihar etdi
SEÇMƏ

PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

2021-02-23
Karantin rejimi rədd edilməlidir” – İlqar Məmmədov
SEÇMƏ

Karantin rejimi rədd edilməlidir” – İlqar Məmmədov

2021-02-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

2021-02-24
Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

2021-02-24
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.