Goranboy rayonunun Hazırəhmədli kəndində 16 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar. Hadisə iki gün bundan əvvəl baş verib.
Qızqaçırma faktını Modern.az-a Goranboy İcra Hakimiyyətinin informasiya və təhlil sektor şöbəsinin müdiri Faiq Muradov da təsdiqləyib.
Goranboy İcra Hakimiyyətindən bildirilib ki, Hazırəhmədli kənd sakini, 2003-cü il təvəllüdlü Elvina tanımadığı İlqar adlı şəxs tərəfindən mağazadan evə qayıdarkın qaçırılıb. “İlqar onu evlənmək məqsədi ilə qaçırıb”.
Bununla bağlı Goranboy rayon Polis İdarəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.