16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Əyri yollarla iqtidara can atan siyasətbazlar…” – Əli Həsənov

04 Oktyabr 2019, 16:50
Siyasət, Seçmə
A A
“Əyri yollarla iqtidara can atan siyasətbazlar…” – Əli Həsənov

“Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır! Bu həqiqəti düz 25 il əvvəl ümummilli lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Surət Hüseynov və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi”.

Reportyor.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov şəxsi feysbuk hesabında yazıb. O bildirib ki, yaşlı və orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən hadisələri xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir:

“Ümummilli lider tərəfindən Azərbaycanın müstəqilliyi və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi düşünülmüş “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ilin 20 sentyabrdan dərhal sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi.

Diqqət edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır.

Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir.

Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən “OMON”çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir.

Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayır. Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir.

Cavadov qardaşları ilə əlbir olan ozamankı üsyankar Baş Nazir Surət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür.

Belə bir şəraitdə Heydər Əliyev çox müdrik və cəsarətli addım atdı. O, dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi.

Yolunu azmış silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu.

Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı.

Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan Öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi və öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və dayana da bilməz!!!”

Əli Həsənov diqqəti 1993-cü ilin iyun ayında baş verən hadisəyə yönəldib:

“Həmin üsyançı polkovnikin- Surət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-Müsavat liderləri o çətin günlərdə yenə də öz anti-dövlət və anti-xalq xislətlərini nümayiş etdirdilər.

Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxmış və meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi, o zaman da üsyançıların yan-yörəsində yer aldılar.

Düşünürəm ki, elə bunun nəticəsidir ki, bu günün özündə də müxalif düşərgəni zəbt etmiş həmin “liderciklər” 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmir və yenə də küncdə-bucaqda “pusqu quraraq” mövcud hakimiyyətinin nə zaman büdrəyəcəyini gözləyir.

Düşünürəm ki, müxtəlif əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə və xarici anti-Azərbaycan mərkəzlərinin sifarişləri ilə deyil, öz xalqının iradəsinə uyğun hərəkət etsələr, gələcəkdə bəlkə nəsə edə bilərlər…”

Əvvəlki yazı

“Rusiyada hakimiyyəti qara qüvvələr ələ keçiriblər” – Müsahibə

Sonrakı yazı

Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu (YENİLƏNİB)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.