“Nobel” mükafatı ətrafında yaranan qalmaqal davam edir. İsveçin paytaxtı Stokholmda Srebrenitsa qətliamını inkar edən Peter Handkeyə ədəbiyyat üzrə “Nobel” mükafatının verilməsi ciddi etirazlara səbəb olub.
Bosniya-Hersoqovinadakı qətliamı inkar edən avstryalı yazıçı Peter Handkeyə “Nobel” mükafatının verilməsi İsveçin paytaxtında etirazla qarşılanıb.
Buna etiraz əlaməti olaraq isveçli jurnalist Kristina Doctare 1988-ci ildə BMT-nin “sülhün gücü sağlamlıq” komandasında yer aldığı üçün verilən “Nobel” mükafatını geri qaytarmağa qərar verib.
“İsveç Akademiyası ilə qürur duyurdum. Ancaq indi hiss etdiyim yeganə şey utanc və günahkarlıqdır. 27 il öncə soyqırıma şahid oldum”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da soyqırım tərəfdarı Peter Handkeyə mükafatın verilməsini rüsvayçılıq adlandırıb:
“On minlərlə müsəlmanın qanını tökən qatili müdafiə edib, tərifləyən bir insanı belə bir mükafata layiq görüb, tərifləmək utandırıcıdır, rüsvayçılıqdır”.