13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ərdoğan Yerevanda həbsdə olan Azərbaycan əsilli yeniyetməyə görə Paşinyana zəng etdi

15 Sentyabr 2018, 13:01
Cəmiyyət
A A
Ərdoğan Yerevanda həbsdə olan Azərbaycan əsilli yeniyetməyə görə Paşinyana zəng etdi

Türkiyənin Qars bölgəsində heyvan otararkən sərhədi pozaraq, Ermənistan tərəfə keçən və 45 gündür bu ölkədə həbsdə qalan Umut Ali Özmənə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.

Türkiyə KİV-i xəbər verir ki, Ərdoğan telefon danışığında Umut Alinin ekstradisiyasını istəyib.

Paşinyan Ərdoğanın istəyinə müsbət cavab verib. Umut Ali sentyabrın 17-si və ya 18-i Türkiyəyə təhvil veriləcək.

*   *   *08:58

Bu il iyul ayının 24-də Qars vilayətinin Akyaka qəsəbəsində azaraq Ermənistan sərhədini keçən və Rusiya sərhədçiləri tərəfindən tutulub ermənilərə təhvil verilən 16 yaşlı Umut Ali Özmen Yerevan həbsxanasında döyülüb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu haqda yeniyetmənin atası Mustafa Özmen deyib.

Qars valisi Rahmi Doğanın bildirdiyinə görə yeniyetmənin geri qaytarılması üçün İnterpol üzərindən danışıqlar gedir. İnterpolun Türkiyə bürosu bu həftənin əvvəlində Ermənistan İnterpolu ilə təmas qurub, gözlənilir ki, gələn həftənin əvvəllərində Umut buraxılacaq və Türkiyəyə qaytarılacaq.

Yeniyetmənin atası Mustafa Özmen isə bildirib ki, peşə məktəbinin ikinci sinfində təhsil alan oğlu Kiçik Durduran kəndinin yaylağında heyvan otararkən qarşıdakı təpənin arxasında nə olduğu ilə maraqlanıb. Bu vaxt bilmədən Ermənistan sərhədini keçib. Həmin vaxt yaxınlıqda taxıl biçən erməni bu haqda sərhədçilərə xəbər verib. Rusiya əsgərləri gəlib və yeniyetmə qorxaraq uzaqlaşıb, daha sonra əsgərlərə təslim olub. Onu Yerevanda həbsxanaya salıblar.

Vali Doğan deyib ki, gəncin Ermənistana keçməsindən xəbər tutan kimi bu ölkənin rəsmi məqamları ilə əlaqə saxlayıblar. Erməni tərəfi isə məsələnin diplomatik yolla həll olunacağını deyiblər. Bildiriblər ki, məsələnin “başqa tərəfləri də var”. Nəticədə Türkiyə XİN-ə və Daxili İşlər Nazirliyinə müraciət edilib. İşə İnterpolun Türkiyə bürosu qoşulub.

“Sərhədi icazəsiz keçmə faktı var, amma sonda söhbət 18 yaşından kiçik birindən gedir. Normal halda biz bu cür icazəsiz sərhəd keçişlərini iki ölkə rəsmi məqamları arasında görüşmələrlə həll edə bilirdik. Amma bu dəfə Ermənistan məsələnin diplomatik yolla həllini tələb edib”-vali deyib.

Mustafa Özmenin bildirdiyinə görə, o Yerevana gedərək oğlu ilə həbsxanada görüşüb. O deyib ki, Azərbaycan əsilli olduqları üçün ermənilər oğlunun “casus olmasından” şübhələnir.

“Mən oğlumla görüşənə qədər sağlıq durumu normal idi. Amma mən qayıtdıqdan sonra uşağı iki dəfə döyüblər, yumruqla, təpiklə vurublar. Ankarada olduğum üçün qayıda bilmədim, amma indi dövlətimizdən yardım istəyirəm”-Mustafa Özmen bildirib.

Reportyor.info

Əvvəlki yazı

Massimo Alberti: “Hələ bizim başımıza belə iş gəlməmişdi…”

Sonrakı yazı

Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.