Ərdoğan ABŞ-a iki həftə vaxt verib

18 Sentyabr 2019 - 14:46
61 oxunma

“Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planlarımız işə düşəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, sentyabrın 16-da Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşə də toxunub. Türkiyə prezidenti bildirib ki, müzakirələrin sonunda Suriyada humanitar və siyasi böhranın həlli ilə bağlı çox əhəmiyyətli qərar qəbul edilib:

“Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"