Ərdoğan ABŞ-a getdi

12 Noyabr 2019 - 12:39
59 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşüb.

Reportyor.info xəbər verir ki, o, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla əvvəlcə təkbətək görüş keçirəcək.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.  İki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın “Patriot” və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq.

R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"