Ən bahalı avtomobil nömrəsinin sahibi bəli olub.

19 İyul 2019 - 16:49
81 oxunma

Britaniyalı kolleksiyaçı ölkəsinin tarixində ən bahalı avtomobil nömrəsinin sahibi olub.

Reportyor.info xəbər verir ki, retro-avtomobillərin dileri Con Kollinz “250” nömrəsinə 518 min funt sterlinq (bizim pulla 1.1 milyon manatdan yuxarı) ödəyib. O, həmin nömrəni “Ferrari 250GT SWB” avtomobilinə bərkidib. Həmin avtomobil əvvəllər rok-musiqiçi Erik Kleptona məxsus olub. Avtomobilin dəyəri isə 10 milyon funt sterlinq, yaxud 22 milyon AZN-ə yaxındır.

“250” nömrəsi 2014-cü ildə hərracda 400 min funt sterlinqə satılmışdı və hələ o zaman Böyük Britaniyada ən bahalı avtomobil nömrəsi olmuşdu.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"