12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əməliyyatda xəstəsi ölən “Xəzər” klinikası KəbirəMəmmədovanınimiş–Özəl

09 Oktyabr 2018, 10:54
Seçmə, Manşet, Banner
A A
Əməliyyatda xəstəsi ölən “Xəzər” klinikası KəbirəMəmmədovanınimiş–Özəl

Bakı sakini Şərqiyyə Əhmədovanın “Xəzər” klinikasında baş həkim İlqar Yusibov tərəfindən əməliyyat olunduqdan sonra dünyasını dəyişməsi ilə bağlı məlumat vermişdik.

Reportyor.info xatırladır ki, bu barədə mərhumun qızı Songül Əhmədova məlumat verib. Onun sözlərinə görə, anası avqustun 2-də uşaqlıq miomasından adı çəkilən klinikada əməliyyat edilib, avqustun 3-də isə dünyasını dəyişib.

Bir gün ərzində mərhumun durumu yaxşı olsa da, sonradan qəfil halı pisləşib və bir neçə dəqiqə ərzində vəfat edib. S.Əhmədova iddia edir ki, anası əməliyyatdan əvvəl diqqətlə müayinə olunmayıb: “Mənim şikayətim odur ki, həkim əməliyyat öncəsi müayinəni düzgün aparmayıb. Anam deyib ki, məndə varikoz var, həkim deyib ki, problem yoxdur.

Bundan başqa, anamda qan tez laxtalanırdı, həkim demişdi anemiyası var, bütün bunlara baxmayaraq, onu əməliyyata salıblar vəəməliyyat vaxtı heç bir əlavə qan köçürməsi aparılmayıb. Biz indi ekspertizanın cavabını gözləyirik. Həmçinin ölkə rəhbərliyinə müraciət etmişik”.

Qeyd edək ki, İ.Yusibov məsələ ilə bağlı açıqlamasında bildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, proses başa çatdıqdan sonra bu barədə danışmaq olar. Yazı saytımızda dərc edildikdən sonra redaksiyamıza klinika ilə bağlı daha bir iddia daxil olub.

Bildirilir ki, “Xəzər” klinikasının ümumiyyətlə cərrahiyyə əməliyyat (ümumi cərrahiyyə) üçün lisenziyası yoxdur. Məlumatı redaksiyamıza verən mənbə qeyd edir: “2016-cı ildə reanimasiya şəraiti tələb edən əməliyyatlar üçün dəqiq lisenziyası yox idi klinikanın. Bu iki il ərzində həmin lisenziya alınıb, ya yox, dəqiq bilmirəm.

Amma məndə olan məlumata görə, “Xəzər” klinikası Səhiyyə Nazirliyində çox yüksək səviyyədə himayə edilir”. Onu da qeyd etmək yerinə düşər ki, Səhiyyə Nazirliyinin saytında ümumiyyətlə tibb müəssisələrinə verilən lisenziyalarla bağlı hər hansı məlumat yoxdur.

Yəni, vətəndaş X tibb müəssisəsinə müraciət edirsə onun müvafiq lisenziyasının olub-olmamasını ancaq və ancaq rəsmi sorğu əsasında öyrənə bilər ki, bu cür sorğulara cavab isə bir qayda olaraq 1 ay ərzində verilir.

Eyni xarakterli məlumat “Xəzər” klinikasının saytında da yoxdur. Klinikanın saytında yalnız laporoskopik və bu tip yüngül əməliyyatların aparılması haqda məlumat var. bunun özü də daxil olan məlumatın gerçəkliyinə dəlalət edir.

Avqustun 3-də xəstəxanada dünyasını dəyişən Ş.Əhmədovanın qızı Songül Əhmədova isə bildirir ki, anası xəstəxanada spinal anasteziya (beldən keyləşdirmə) ilə açıq əməliyyat edilib: “Halbuki anamda ayaqlarda varikoz vardı və spinal anasteziya zamanı ayaqlarda damarların genişlənməsi baş verir. Bunu mütləq nəzərə almalı idilər”. S.Əhmədova onu da qeyd etdi ki, klinikanın müvafiq lisenziyasının olmaması haqda məlumat onlarda da var və bu barədəhüquqşünasları Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. P.S. aldığımız təsdiqlənməmiş məlumata görə, adıçəkilən klinika Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanındır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

REPORTYOR.info

Əvvəlki yazı

Polis daha 20 borclu şəxsi saxladı

Sonrakı yazı

Qüdrət Şükürova yeni cinayət işi açıldı – Rəsmi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.