Azərbaycan Prezidenti İlham Əliyev Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin başa çatması ilə əlaqədar təşkil olunacaq rəsmi mərasimdə iştirak edəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“TANAP bizim ən əhəmiyyətli layihələrimizdən biridir. Biz noyabrın 30-da bu layihənin başa çatması ilə əlaqədar rəsmi mərasim keçirməyi planlaşdırırıq. Mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin iştirakı planlaşdırılır”, – deyə o qeyd edib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.