Reportyor.info-nun son məlumatına görə, AXCP ədri Əli Kərimli mitinqə getmək üçün evdən çıxıb. Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu saxlayıb.
AXCP sədrindən başqa onu müşaiyət edənlər də saxlanılıb. Ətrafda toplaşan insanlar “Azadlıq” şüarı səsləndiriblər. Onlardan da saxlanılanlar var. Qeyd edək ki, Milli Şura 28 May-da mitinq keçirmək qərarı vermişdi.