12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Kərimli Qəhrəmanlı ailəsi haqda: “Zorakılığa qarşıyam…”

20 Sentyabr 2019, 15:47
Gündəm, Manşet
A A
Əli Kərimli Qəhrəmanlı ailəsi haqda: “Zorakılığa qarşıyam…”

AXCP sədri Əli Kərimli müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərlə bağlı açıqlama yayıb. 

Reportyor.info-nun məlumatına görə, partiya sədri bununla bağlı feysbukda bildirib ki, müavini Fuad Qəhrəmanlının ailəsində yaşananlar hamını məyus edib: “Kaş ki, bunlar olmayaydı. İndi həqiqətlə yalan qarışıb bir-birinə, emosiyalar gərgindir.

Baş verənlərdən səmimi şəkildə nəticə çıxarmaq istəyənlər də, yaranmış vəziyyəti özü üçün fürsət bilənlər də var. Baş verənlər və sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı fikirlərimi sizlərlə tezislər şəklində paylaşıram.

– Əvvəla, Fuad bəyin ailəsində olmuş münaqişə bugünlərdə baş verən hadisə deyil. Mənim bildiyim qədər, onların arasında ailə münaqişəsi 4-5 il bundan qabaq baş verib və o zaman da həll ediblər.

Həm Fuad bəyin, həm də Zümrüd xanımın yaxını kimi o zaman ailə münasibətlərində baş verənlərdən (özləri danışdıqları həddə) xəbərdar olmuşam. Qarşılıqlı hörmət və güzəştlə münasibətləri yoluna qoymağı təklif etmişəm. Heç cür mümkün olmayacağı təqdirdə sivil qaydada ayrılmağın son seçim olduğunu demişəm.

Sadəcə, tövsiyə verməkdən başqa hansısa təsir mexanizmim yoxdur. Fakt budur ki, həmin mübahisələrdən sonra Zümrüd xanımla Fuad bəy 4-5 ildir ki, birlikdədirlər, ailədirlər”.

Ə.Kərimli qeyd edib: “Onları mən zorla birlikdə saxlamamışam. Özləri bu qərarı veriblər. Fuad bəy həbsdə olduğu müddətdə Zümrüd xanım onu ardıcıl olaraq, ən yaxın şəxs kimi müdafiə edib.

Fuad bəy azadlığa çıxandan sonra ailədə hər hansı problem yaşanmayıb. Ən azı mən eşitməmişəm. Deməli, onları birləşdirən səbəblər, ayıran məqamlardan çox olub. Fuad Qəhrəmanlının ailəsində baş verənləri şərh edən zaman onu da nəzərə alın ki, Fuad bəy və Zümrüd xanım bu gün də birlikdədirlər, bir ailədirlər.

– Şiddətə qarşıyam. Nəinki qadınlara, hətta kişilərə qarşı da şiddətə, fiziki zorakılığa qarşıyam. “Hamının evində olur” arqumentini qəbul etmirəm. Bilirəm ki, çoxlu sayda ailələr şiddətsiz yaşayırlar. Bütün ailələr şiddətsiz yaşamağı öyrənməlidir. İctimai rəyin, vətəndaş cəmiyyətinin şiddətə qarşı kampaniyasını dəstəkləyirəm.

– AXCP heç kimin (hətta üzvlərinin də) ailə-məişət münasibətlərini tənzimləmək üçün yaranmayıb. Bu, bizim təşkilat olaraq səlahiyyətimizə aid deyil. Ancaq AXCP üçün ailə dəyərləri çox önəmlidir. Biz ailələri qorumaqdan yanayıq. Mümkün olmayanda da sivil, mədəni adamlara yaraşan şəkildə ayrılmanı son çarə kimi görürük.

– Fuad bəyin ailəsində baş verən hadisədən hakimiyyət də, ən müxtəlif səbəblərdən müxalifətə müxalifət olanlar da AXCP-yə zərbə vurmaq üçün sui-istifadə edir. Xalqımız bu kəmfürsətləri görür. Baş verənlərdən səmimi şəkildə narahat olan insanların narahatçılığını isə başa düşürük, tənqidlərini nəzərə alırıq.

– Fuad bəyin rejimlə mübarizəsi hər zaman prinsipial olub. Rejim və yandaşları hazırda ondan apardığı mübarizənin qisasını alırlar. Məqsəd Fuad Qəhrəmanlını siyasətçi kimi bitirmək, AXCP-ni, real müxalifəti sarsıtmaqdır. Fuad bəyi rejimin qurşaqdan aşağı zərbələri qarşısında tək buraxmaq olmaz.

– Baş verənləri fürsət bilib, AXCP-ni qadın hüquqlarına hörmət qoymamaqda qınayanlar böyük səhv edirlər, faktiki bizə böhtan atırlar. Biz hər bir hüququ pozulan qadının yanında olmağa çalışırıq.

AXC qurulandan bu təşkilatda qadınlar və kişilər çiyin-çiyinə, bərabərhüquqlu mübarizə aparır. Heç bir partiyada (saxta YAP üzvlərini saymıram) AXCP-də olduğu qədər qadın üzv yoxdur.

AXCP qadınların rəhbərlikdə ən çox təmsil olunduğu partiyadır. AXCP sədrinin 1 müavini, Ali Məclis sədrinin hər iki müavini, bütövlükdə Rəyasət Heyətinin 5 üzvü xanımdır. Cəbhəçi xanımlar intellektual, əqidəli və mübarizdirlər. Onlarla fəxr edirəm”.

Əvvəlki yazı

Şirzad Abdullayev “PaşaBank”a kələk gəlir: Dubay işi

Sonrakı yazı

Arkov: “Paşinyan 7 rayonu uduzur” – Video

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.