15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Əhmədov: “Milli Şura demokratik prinsiplərdən imtina edir”

04 Noyabr 2019, 11:56
Siyasət, Seçmə
A A
Əli Əhmədov: “Milli Şura demokratik prinsiplərdən imtina edir”

Baş Nazirin müavini, hakim Yeni Azərabycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov “Bələdiyyə seçkiləri – partiyamızın yeni uğur şansı” başlıqlı məqalə yazıb. 

Reportyor.info  məqaləni təqdim edir:

“Bir neçə gündür ölkədə bələdiyyə seçkilərinə start verilib. Dekabrın 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi seçiləcək. 16 minə yaxın insan ölkənin yerli özünüidarə orqanlarında təmsil olunacaq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həll olunmasında, bütünlükdə inkişafın təmin edilməsi prosesində yaxından iştirak edəcək.

Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib. Hazırda Seçki Məcəlləsinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesi davam edir. Çalışmışıq ki, ən layiqli namizədlər irəli sürülsün.

Partiyanın bu barədəki qərarının düzgün və ədalətli olduğuna inanıram. Ona da əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcək. Müəyyən etdiyimiz namizədlər arasında gənclərə və qadınların nümayəndələrinə xüsusi diqqətlə yanaşıldığını ayrıca vurğulamaq istəyirəm”.

Ə.Əhmədov qeyd edib ki, seçkilər hər bir partiyadan ötrü sınaq anıdır: “Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Bu elə bir fürsətdir ki, partiya öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirilməsi mümkün olur. Digər bir tərəfdən, bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir.

Xüsusilə, partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsi toplayır, digər tərəfdən isə, bələdiyyələrə seçilənlər bələdiyyələrin həyatında yaxından iştirak etməklə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar.

Yeni Azərbaycan Partiyasının nümunəsindən deyə bilərəm ki, vaxtilə bələdiyyə üzvü seçilib xidmət göstərərək özünü tanıda bilmiş bir sıra partiya nümayəndələri sonralar Milli Məclisə üzv seçilmiş, yaxud dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə irəli çəkilmişlər”.

“Bu ilin bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası xalqa xidmət devizi altında gedir. Amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhvə verilməsindən ibarətdir.

Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır.

Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil.

Etiraf etmək lazımdır ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya (və ya partiyalar) istər-istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir.

Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır”- deyə o qeyd edib.

YAP-ın sədr müavini-icra katibi əlavə edib ki, seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması Azərbaycanda bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir:

“Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi təşkilatların demokratik prinsiplərdən imtina edərək radikal siyasi fəaliyyət metodlarına istinad etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur.

İcazəsiz mitinqlər keçirmək, qarşıdurma yaratmaq, sabitliyi pozmağa cəhd göstərmək onların siyasi arsenalında başlıca üsullardır. Belə metodlar həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır, radikalizmin ifrat formasının baş qaldırılmasına rəvac verir.

Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstrməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur.

Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır.

Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur”.

Əvvəlki yazı

Deputat Oqtay Gülalıyevə baş çəkdi

Sonrakı yazı

Müsavatda Tofiq Yaqubluya cəza təklifi – Skandal

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.