06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əli Əhmədov: “İlham Əliyevin ətrafında sıx birləşək”

09 Oktyabr 2019, 11:55
Siyasət, Seçmə
A A
Əli Əhmədov: “İlham Əliyevin ətrafında sıx birləşək”

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib.

“Yeni Sabah” xəbər verir ki, o deyib ki, Prezident İlham Əliyevin Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxarıb.

Ə.Əhmədovun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib: “Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inam qat-qat artıb. Əslində Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır. Yüz minlərlə vətəndaşın bu çağırışa səs verərək onun ətrafında toplanması aydın şəkildə müşahidə olunur. Çox keçmədən bu sırada olanların sayının milyonlara çatacağına şübhə etmirəm. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, topraqlarımızın işğaldan azad edilməsi ölkənin vətəndaşlarını birləşdirən başlıca dəyərlərdən biridir. Milli birlik və vətəndaş həmrəyliyi əhəmiyyətli dərəcədə onun əsasında formalaşıb. Prezident İlham Əliyev Valday beynəlxalq toplantısında “Qarabağ Azərbaycandır!” çağırışını səsləndirməklə qeyd olunan dəyərin milli statusunu daha da yüksəltmiş oldu. İndi biz onu tam qətiyyətlə milli ideya kimi səciyyələndirə bilərik. Yəqin ki bu ən doğru addım və dəyərləndirmə olar. Xüsusi vurğulanmağa ehtiyacı olan məqam “Qarabağ Azərbaycandır!” mesajı, əgər belə demək mümkündürsə, beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmışdır. Nə məlum münaqişə, nə onun hələlik aradan qaldırılmamış nəticələri, nə də nizamasalma prosesi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcək – Prezidentin bütün dünyaya çatdırdığı mesajın mahiyyəti məhz bundan ibarətdir. İlham Əliyevin bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu güc eyni zamanda beynəlxalq hüquqa, onun ədalətli mahiyyətinə inamdan irəli gəlir. Mətbuatdan göründüyü kimi, Prezident İlham Əliyevin mesajı bütün lazımi ünvanlara lazımi səviyyədə çatıb. Onu ilk növbədə və əsas etibarilə Ermənistanda eşidiblər və yəqin ki, gərəkli nəticə çıxarıblar”.

Ə.Əhmədov qeyd edib ki, “Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bilib: “Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır, “Qarabağ Azərbaycandır!” hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat əzəmətli bir selə bənzəyəcək, bütün Azərbaycan xalqını əhatə edəcək. Hər yerdə, kəndlərdə, şəhərlərdə, təşkilatlarda böyüklü-kiçikli hamı “Qarabağ Azərbaycandır!” deyəcək. Xalq öz birliyini, həmrəyliyini yenə də daha əzmlə, daha qətiyyətlə göstərəcək, daha uca səslə bəyan edəcək. Və bu birliyi pozmağa çalışanlara layiqli cavab verəcək.

Təxribat törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edənlərin xalqdan və onun ideyalarından nə qədər uzaq düşdüyü bu günlərdə daha qabarıq görünür. Sanki onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyil. Açığı belə bir mənzərəni görmək və duymaq həm təəssüfləndirici, həm də utandırıcıdır. Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil. Mən hər bir azərbaycanlını “Qarabağ Azərbaycandır!” hərəkatının fəal iştirakçısı olmağa səsləyirəm. Gəlin bir cəsarətli çağırışı ilə dünyaya səs salan, milli ruhu yüksəldən, milli birliyimizi və vətəndaş həmrəyliyini daha da gücləndirən Prezident İlham Əliyevin ətrafında sıx birləşək. Qüdrətli, möhtəşəm “Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq, xalqımızın iradəsini, əzmini və qətiyyətini düşmənə nümayiş etdirək. Beynəlxalq birlik, ilk növbədə BMT, ATƏT-in Minsk qrupu, onun həmsədri olan vasitəçilər danışıqlar prosesində böyük müdriklik, təmkin, eyni zamanda qəti və sarsılmaz mövqe nümayiş etdirən Prezident İlham Əliyevin arxasında möhtəşəm xalq iradəsinin və hərəkatının dayandığına əmin olsun. Dövlətə, millətə sədaqətin, Qarabağ münaqişəsinin ədalətli həllinə dəstəyin ən mühüm ifadəsini mən bunda görürəm”.

Əvvəlki yazı

“Əli Kərimli iflasa doğru gedir” – Fəzail Ağamalı

Sonrakı yazı

Ərdoğanın qohumundan azərbaycanlı biznesmenə zərbə

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.