Əli Əhmədov BMT-nin toplantısında:”Ermənistanın işğalı dayanıqlı inkişafa mane olur”

18 İyul 2019 - 14:21
231 oxunma

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib. 

Nazirlər Kabinetindən Reportyor.info-ya verilən məlumata görə, o, çıxış zamanı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən, inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. Belə ki, son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əmək haqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılıdığını diqqətə çatdırmışdır.

Bununla yanaşı, Azərbaycanda DİM-lərin icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi məqsədilə respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirilməsi haqqında məlumat verilib.

Eyni zamanda Baş Nazirin müavini ölkəmizdə DİM-lərə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandıraraq münaqişə nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini xüsusi vurğulayıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"