Yaıçı Əkrəm Əylisilinin Ermənistanda müəllif hüquqlarını verdiyi nəşriyyat və ABŞ-dakı erməni lobbi təşkilatı ANCA sifarişi ilə Bostondakı Academic Studies Press elmi nəşriyyatı növbəti kitabını nəşr edib.
Bu haqda sosial şəbəkədə yazılıb. Onun məlumatına görə, Columbia Harriman Institute-də buna həsr olunan vebnar keçirəcək: “Ən böyük xəyanət vətəninə və xalqına xəyanətdir. Ondan o tərəfi yoxdur. Əkrəm Əylislinin erməni nəşriyyatı ilə bağladığı müqaviləyə görə o müəllif hüququn bu nəşriyyata verib və müqavilədə ona çatacaq qonorarın 20%-nin erməni qaçqınlarının məskunlaşdırlması fonduna köçürülməsi barədə razılaşıb”.
Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reportyor.info-ya bildirdi ki, Əkrəm Əylisli indi yox, bir neçə il əvvəldən xəyanət etməkdədir. Onun sözlərinə görə, ölkənin torpaqlarının azad edilməsi üçün müharibə əhvalında olduğu vaxtda yazıçının erməni təşkilatı ilə bağladığı müqavilə şərəfsizlikdir.
“Biz bir neçə il qabaq partiya olaraq qərar vermişdik ki, Əkrəm Əylislinin qulağı kəsilsin. Buna görə pul mükafatı vəd etmişdik. Partiya üzvlərimiz günlərlə onun evinin qabağında növbə ilə gözlədilər, amma qorxusundan çölə çıxmadı. Çünki yazanda özündə tapdığı güc şəxsiyyətində yoxdur. O zaman prezident vətənpərvər bir addım atdı, ortaya mövqe qoydu və Əkrəm Əylisli titullarından məhrum edildi. Ancaq bu da ona azdır…”
H.Hacıyev qeyd etdi ki, onun qulağının kəsilməsi qərarından sonra müxtəlif xahişlər, çağırışlar oldu: “ABŞ səfiri mənə zəng etdi ki, bu işdən çəkilməyə dəvət edirik. O vaxtdan bilirdik ki, ermənilərlə işbirliyindədir.
Əkrəm demişdi ki, Ramiz Mehdiyevlə məsləhətləşib addım atıram. Bilirsiniz ki, Mehdiyevin xanımı ermənidir və onların Əkrəmlə işbirliyi başadüşüləndir. Bu gün etdiyi isə ən böyük vicdansızlıqdır.
Əgər doğurdan da ermənilər kitabını çap etdirirsə, alacağı qonorardan 20 faiz erməni qaçqınların məskunlaşmasına ayrılmasına razılaşıbsa, bir millət olaraq vay bizim halımıza…
Əslində mən təəccüblənmirəm. Ölkədə dayısı, anası erməni olan vəzifəlilər var. Əkrəmin etdikləri onların xoşuna gəlir. Ancaq Azərbaycan dövlətinin, prezidentinin və hüquq-mühafiə orqanlarının bu hadisəyə münasibət bildirməsi lazımdır.
Hesab edirəm ki, Əkrəm Əylisli vətəndaşlıqdan çıxarılmalıdır. Xocalıda ermənilərin xalqımıza etdiyi terror, vəhşilik Əkrəm üçün ölüm olmalıydı. Ancaq bu adamın heç bir milli heysiyatı yoxdur. Ona görə evinin qabağında piketlər keçirilməlidir, ölkədən qovulması tələbi qoyulmalıdır. Bu ölkənin çörəyi ona haram olsun”.
REPORTYOR.info