21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əhəd Abıyevin pulu kəsilib: 100 milyon hara gedib?

19 Oktyabr 2018, 10:57
Seçmə, Sosial
A A
Əhəd Abıyevin pulu kəsilib: 100 milyon hara gedib?
Bu günlərdə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirdi. Ölkə başçısı həmin iclasda əksər sahələrlə bağlı olduqca sərt tənqidi fikirlər söylədi. İ.Əliyev korrupsioner, rüşvətxor məmurlara ciddi xəbərdarlıqlar etdi. Prezidentin əsas hədəfi Bakı şəhərində xaos yaradan, qanunsuz əməlləri ilə paytaxtı pis günə salan məmurlar idi. Ölkə başçısı cəmiyyəti illərdir narahat edən əksər məsələlər haqda danışdı. O, marşrut avtobusların qanunsuz fəaliyyətini, paytaxta ağacların kəsilməsini, tikinti sahəsindəki özbaşınalıqları, köçkünlərə tikilən evlərdəki maxinasiyaları sərt dillə tənqid etdi. Bu xoşagəlməz işlərlə məşğul olan məmurlara xəbərdarlıq etdi.
Ölkə başçısının bu cür çıxışları vaxtaşırı olur. Amma etiraf etmək lazımdır ki, sonuncu müşavirədəki çıxışı indiyədək olanlardan ciddi fərqlənirdi. Prezident konkret sahələrdəki qanunsuzluqları bir-bir göstərərək danışırdı.
Amma çox təəssüf ki, Bakıdan 100 kilometrlərlə uzaqda yerləşən rayonlarda da vəziyyət ürəkaçan deyil. Rayon icra hakimiyyətləri xalqa çox əziyyət verir. Əksər icra başçıları vətəndaşları dövlətdən narazı salmaqla məşğuldurlar. Paytaxtdakı problemlər haqda ölkə başçısına detallı bilgilər verilir. Lakin görünür bölgələrdə gedən proseslər İlham Əliyevə nəyə görəsə çatdırılmır.
Düzdür, prezident dəfələrlə öz çıxışlarında yerli icra hakimiyyəti strukturlarının vəzifəli şəxslərinə xəbərdarlıqlar edib, onları xalqı incitməməyə çağırıb, vətəndaşlara qüsursuz xidmət göstərməyə səsləyib. Təəssüf ki, əksər İH başçıları dövlət başçısının iradlarını, tövsiyə və tapşırıqlarını qulaqardına vurur.
Minval.info xəbər verir ki, belə icra başçılarından biri də Əhəd Abıyevdir. Daşkəsənə icra başçısı təyin edildiyi 8 ildə onun gördüyü (əslində görmədiyi) işlər yoxlansa, hansı faktların ortaya çıxacağı əksəriyyətə bəllidir. Daşkəsən rayonu ucqarda yerləşir. Ermənistanla sərhəddir. Əlverişsiz relyefi, çətin təbiəti var. Orada yaşamaq əslində qəhrəmanlıq tələb edir. Yerli sakinlərə dəstək verilməli, onların həyat şəraiti asanlaşdırılmalıdır. Bunun üçün dövlət uzun illər Daşkəsən rayonuna ciddi büdcə ayırıb. Lakin Əhəd Abıyev dövlət büdcəsindən ayrılmış 100 milyonlarla vəsaiti lazımi ünvanlara xərcləmir.
Əhəd Abıyev başçı olduğu müddətdə Daşkəsəndə satmadığı torpaq qalmayıb. Xaşbulaq kəndində 1 qarış olsun torpaq qalmayıb. Ə.Abıyev sotunu 5 min manatdan satıb.
O, yerli sakinlərlə də normal davranmır. Vaxtaşırı başçının müharibə veteranları, şəhid ailələri ilə davaları haqda mətbuatda xəbərlər dərc olunur. Onun sonuncu belə davası aprel döyüşlərində qolunu itirmiş qazimiz Arzu Məmmədovla olub. A.Məmmədov Əhəd Abıyevin ondan rüşvət aldığını, aldatdığını, sonra da təhdid etdiyini bildirib. Sual olunur, Vətən yolunda qolunu itirmiş qazini ev vermək adıyla aldadıb pulunu mənimsəmiş bir icra başçısı Ermənistanla sərhəddə yerləşən Daşkəsəni necə qoruya bilər?! Nə yaxşı sərhəd rayonlarımızın müdafiəsi tamahkar icra başçılarının ümidinə buraxılmayıb. Çox şükürlər olsun ki, Azərbaycanın rəşadətli Ordusu Vətən torpağını gecə-gündüz düşməndən qoruyur. Amma Əhəd Abıyev kimi məmurlardan Azərbaycanı necə qoruyaq, bu, hələ aydın deyil.
Əhəd Abıyevlə Arzu Məmmədovun “davasından” bəhs edən yazını bu linklərdən oxuya bilərsiz:
https://yenicag.az/ehed-abiyev-aprel-qazisine-20-min-atib-meni-aldatdi-13-min-kredit-7-min-selem-goturdum/
 
http://arqument.az/az/aprel-qazisi-ehed-abyev-isisi-ile-elbir-olub-mene-20-min-manat-pul-atb/#.W8RbS9czb4Y
Artıq Əhəd Abıyevin hakimiyyətə açıq şəkildə çıxdığı deyilir. Daşkəsənə ayrılan vəsait azalandan Abıyev orda-burda iqtidarın ünvanına yaxşı-yaman sözlər danışır. Bu cür etibarsız məmurların sabah bir balaca hakimiyyətin ayağı büdrəyəcəyi təqdirdə hansı mövqe tutacağı indidən bəllidir. İnanırıq ki, prezident İlham Əliyev təkcə Bakını işğal etmiş məmurlara deyil, rayonları da işğal edən, xalqa zülm edən məmurlara da öz layiq olduqları yerlərini göstəcək.
Əvvəlki yazı

“Qarabağ”ın qapıçısı ağır qəza törətdi

Sonrakı yazı

“Azərbaycanla razılığa gəlmişik ki…”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.