08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ƏGƏR BİR ÖLKƏDƏ QANUNLAR İŞLƏMİRSƏ…” – “Ölkə göstərişlərlə idarə olunur”

15 Dekabr 2018, 11:57
Gündəm
A A
“ƏGƏR BİR ÖLKƏDƏ QANUNLAR İŞLƏMİRSƏ…” – “Ölkə göstərişlərlə idarə olunur”
“Suverenlik – dövlətin ölkə daxilində və xaricində öz Konstitusiyası, müvafiq qanunları, beynəlxalq hüququn verdiyi səlahiyyətləri azad və sərbəst şəkildə, hamılıqla qəbul olunmuş prinsiplər və normalar əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ deməkdir. Əgər bir ölkədə qanunlar işləmirsə, deməli, onun suverenliyindən danışmaq da mümkün deyil”.
Bunları Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bəzi siyasətçilərin zaman-zaman hansısa siyasi aksiyanın keçirilməsinin suverenliyimizə təhlükə yaradacağı ilə bağlı fikirlərini Ovqat.com-a şərh edərkən deyib.
Partiya sədrinin fikrincə, bu adamlar ya suverenliyin nə demək olduğunu bilmirlər, ya da qəsdən təhrifə yol verirlər: “Təəssüflər olsun ki, hazırda Azərbaycanda bu problem ciddi şəkildə özünü göstərir. Ölkəmizin 20 faizi işğal altındadı və həmin ərazilərdə nəinki qanunlarımız işləmir, hətta dövlət idarəetmə orqanlarının ən səlahiyyətli nümayəndələri belə, oraya gedə bilmirlər. Digər 80%-lik ərazimizdə isə qanunlarımız işləmir. Ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur”.

İ.İsmayılov bu fikrinin isbatı kimi ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasını göstərib: “Təsəvvür edin ki, Konstitusiyanın müvafiq maddələrinə görə, Azərbaycan vətəndaşlarının hər birinin öz fikrini azad şəkildə ifadə etmək, sərbəst toplaşmaq hüququ vardır. Hakimiyyət isə bu hüququ heç bir qanuni əsası olmayan arqumentlərlə boğur. Məsələn, bu yaxınlarda Qarabağ Komitəsi Bakıda Azərbaycanın suverenliyinin ermənilər tərəfindən pozulması ilə bağlı etiraz aksiyası keçirmək istəyirdi. Amma Bakı şəhər İcra Hakimiyyəti buna icazə vermədi. Arqumenti isə belə oldu ki, bu işlə prezident məşğuldur, kiminsə bu məsələyə müdaxiləsinə ehtiyac yoxdur. Bu cür gülməli arqument bir daha sübut edir ki, Azərbaycan xalqının nəinki sərbəst şəkildə öz idarəetmə mexanizmini müəyyənləşdirmək, heç xarici düşmənlərə qarşı səsini çıxarmaq imkanı da yoxdur. Elədirsə, hansı suverenlikdən danışmaq olar?”
Partiya sədri hesab edir ki, Dağlıq Qarabağ problemi xalqdan başqa heç kimin inhisarında olmamalıdır. Azərbaycan hakimiyyətinin Qarabağla bağlı düzgün siyasət yürütmədiyini iddia edən partiya sədrininin fikrincə, rəsmi Bakı problemin həllini ATƏT-in Minsk qrupuna həvalə edib: “Minsk qrupunun isə bununla bağlı hər hansı imperativ qərarlar çıxarmaq hüququ yoxdur. O, sadəcə tərəflərə hansısa təkliflər verə bilər və verir. Erməni tərəfi buna əməl etmir və məsələ beləcə bağlanmış olur. Azərbaycan hakimiyyəti isə bu vəziyyətdə heç nə edə bilmir, mənasız danışıqları uzatmaqla işini tamamlanmış sayır”.
Belə vəziyyətdə xalqın öz iradəsini ortaya qoymalı olduğuna inanan İ.İsmayılov fikirlərini bu cümlələrlə yekunlaşdırıb: “Yalnız xalq Qarabağın taleyi ilə bağlı yekun sözü deməli, lazım gələrsə, problemi hərb yoluyla həll etməldir. Azərbaycan hakimiyyətinin siyasi aksiyalara icazə verməməsi bu şansı da onun əlindən alır. Halbuki, ümumxalq etirazının təşkil olunması ilk başda prezident İlham Əliyevə lazımdır ki, ciddi qərarlar vermək məsuliyyətini xalqla bölüşsün”.

azpolitika.info

Əvvəlki yazı

Robert Köçəryan hərbi tribunala verilə bilər – Xocalıya görə…

Sonrakı yazı

“Bizi 20 illik durğunluq gözləyir…” – Yavlinskinin proqnozu

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.