“Əfv olunacağımı gözləmirdim…” – AXCP sədrinin müavinindən ilkin açıqlama

17 Mart 2019 - 21:33
99 oxunma

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlama verib. Unikal.org xəbər verir ki, G.Bayramlı əfv olunacağını gözləmədiyini deyib.

“Mən əfv üçün müraciət etməmişdim, ona görə də əfv olunacağımı gözləmirdim. Bu səbəbdən də mənə verilən 3 illik cəzanı çəkməyə hazır idim”, – o deyib.

G.Bayramlı bildirib ki, həbsdə olduğu müddətdə səhhətində bəzi problemlər yaranıb, amma özünü yaxşı hiss edir.

AXCP sədrinin müavini Azərbaycanda siyasi məhbus probleminin kökündən həll olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı belə bir addım atıbsa, bunun ardı gəlməlidir.

G.Bayramlı Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər qadının azadlığa buraxılmasına çox sevindiyini deyib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"