05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ədalət Muradov Abel Məhərrəmovun taleyini yaşaya bilərmi?

20 Noyabr 2018, 13:51
Gündəm
A A
Ədalət Muradov Abel Məhərrəmovun taleyini yaşaya bilərmi?

Rektor Ədalət Muradov dövlət başçısının siyasətinə də əməl etmir

Əsası 88 il öncə qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti yarandığı tarixdən bu günə kimi keşməkeşli yol keçib. Universitetin səsləfi olan institutlar ayrı-ayrı zamanlarda fərqli adlar daşısalar da, həmin institutların fəaliyyətinin dəfələrə dayandırılması, başqa universitetlərin idarəçiliyinə verilməsi də ənənəyə çevrilmişdi. Sonuncu dəfə 31 il öncə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adlanan təhsil müəssisəsinin fəaliyyəti dayandırılmış və onun əvəzinə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradılmışdır. Həmin dövrdə bu ali təhsil müəssisəsinin ümumiyyətlə ləğvi belə gündəmdə olub. Ancaq Sovet İttifaqında dağılma prosesinin başlaması N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrilməsi ilə nəticələndi. 18 il öncə isə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb -Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Bütün bu dəyişikliklər, universitet rəhbərliyinin tez-tez dəyişdirilməsi ciddi nəticələr doğurmurdu. Doğrudur, iqtisad elmləri doktoru, professor Ədalət Muradov rektor təyin olunduqdan sonra müəyyən qədər yaxşılığa dogru dəyişiklik baş verib. Təhsilin keyfiyyəti yüksəlib, rüşvətxorluğun səviyyəsi kəskin azalıb. Universitet Azərbaycanda ilk dəfə olaraq professor-müəllim heyətini birbaşa elmi tədqiqatlara və tədrisə kökləyən, bir çox üstünlükləri ilə seçilən Differensial əməkhaqqı sistemini tətbiq edib. Bu çox mütərəqqi hadisə olsa da, həlledici məsələ deyil. Belə tədbirlərlə dünya səviyyəli universitet olmaq mümkün deyil. Dünya səviyyəli universitet olmaq üçün daha ciddi yeniliklərə ehtiyac var. Ali məktəb rektorlarının seçki yolu ilə seçilməsi bu istiqamətdə atılan addımlardan biri ola bilər. Müəyyən bir müddətə rektor seçilən şəxsilk ilk öncə  dünya universitetlərinin akademik reytinq sıralamalarında yüksəlişə nail ola bilməsə, yenidən seçilə bilməz. Digər bir addım isə universitetlərin muxtariyyatının artırılması ola bilər. Bütün bunlarla yanaşı universitet rəhbərliyinin idarə etmə prinsipləri, dünyada baş verənlərə yanaşması tamamilə dəyişməlidir. Məsələn, bu gün dünyanın nüfuzlu universitetləri ətraf mühitin qorunmasının önəmini göstərmək üçün avtomobildən imtina edirlər. Avropanın əksər universitetlərinin rəhbərliyi də, professor müəllim heyyəti də cəmiyyətə nümunə olmağa, avtomobildən imtina edərək ətraf mühitə zərər vurmayan nəqliyyat vasitələrindən istifadəyə keçidi sürətləndirməyə çalışırlar.

Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi qarşısına dünya səviyyəli universitet olmağı hədəf kimi qoyduğunu bəyan edir, ancaq rektorunun müşaviri,  iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə tərəfindən səsləndirilən bu niyyətlə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinin əməlinin üst-üstə düşdüyünü güman etmək olmur. Əksinə, dünyada gedən proseslər fonunda, yəni elm dünyasının ətraf mühiti qorumaq üçün avtomobildən imtina etmək nümunələri yaratdıqları bir zamanda Azərbaycan Dövlət İqtisad Universiteti “Toyota Abşeron Center” Məhdud Məsuliyyətli Cəmiyyətdən 4 ədəd Toyota Corolla Live avtomobili alıb. Bu məqsədlə isə 135 600 manat sərf olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti “Toyota Abşeron Center” MMC-dən 4 ədəd Toyota Corolla Live avtomobili alması dövlət başçısı İlham Əliyevin yerli istehsalı dəstəkləmək məqsədilə 15 sentyabr 2016-cı ildə imzaladığı “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın fəlsəfəsinə də ziddir. Ümumiyyətlə isə yerli istehsala üstünlük verilməsi ölkənin milli valyutasının güclənməsinə, pul vəsaitinin də artmasına və kapital axınına mane olur ki, Azərbaycan Dövlət İqtisad Universiteti 4 ədəd Toyota Corolla avtomobili almaqla bunun tam əksinə fəaliyyət göstərir. 4 ədəd yeni avtomobilin Azərbaycan Dövlət İqtisad Universitetinin nəyinə lazım olduğuna isə universitet rəhbərliyi aydınlıq gətirməlidir. İstənilən halda isə Azərbaycan Dövlət İqtisad Universitetinin bu mövqeyini anlamaq mümkün deyil. Mövzus ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq. Büdcə vəsaitlərindən Azərbaycan Dövlət İqtisad Universitetində necə istifadə olunması ilə bağlı araşdırmalarımız isə davam edir.

“Yeni Sözçü” qəzeti

Əvvəlki yazı

“AAAF Park” sakinləri ayağa qalxdı – Video

Sonrakı yazı

“Beş min manata qədər olan borclar silinməlidir”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.