Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, tərəflər Suriya böhranının aradan qaldırılması yollarını müzakirə edərkən Soçi razılaşmasının tam şəkildə yerinə yetirilməsinin vacibliyini bildiriblər.
Həmçinin dövlət başçıları İdlib ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı aidiyyəti qurumlar arasında əlavə təmasların yaradılmasına dair razılaşıblar.